Eşqden ki üreyimde bu qeder yare qalıb
Kimse derman ede bilmez, ümidim yare qalıb

Hem vüsal isteyirem, hem de ki hicran qemini
İki xülya arasında könül avare qalıb

Seni görcek özünü öyle itirmiş könlüm
Neçe vaxtdır ki özün axtara-axtare qalıb

Çekceyin qem bıçağın üstüme hicran, gördüm
Üreyim yoxdu, yerinde neçe yüz pare qalıb

Qalmadı kimseye borcum bu cahanda, ey dil
Birce can borcu qalıb ki o da dildare qalıb

Paylananda hamıya bext, menim bextimden
Çatdı növbem, dediler- ağ qutarıb, qare qalıb

Fehminin fikrü-xeyalı yene göylerde gezir
Ev-eşik derdini çekmek ise İlqare qalıb

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 629
favori
like
share