Südlü şərbət


Şəkər - 30q, su - 70q, süd - 100q.
Su qaynadılır və şəkər həll edilib soyudulur. Süd ayrıca qaynadılır və soyuduqdan sonra şərbətə qatılır.





Ovşala


Şəkər - 30q, qızılgül ləçəkləri - 20q, lumu turşusu - 0,1q, su 150q, buz - 20q.
Qızılgül ləçəklərinə qaynayan su tökülür, lumu turşusu əlavə edilir və 8 -10 saat saxlanılır. Bundan sonra süzülür, şəkər əlavə edilir və soyudulur. Bəzən üzərinə gülab tökülür.





Lumu şərbəti


Lumu - 1/4 əd., şəkər - 50q, zəfəran - 0,1q, su 100q, reyhan və ya keşniş toxumu - 0,1q, buz - 50q.
Lumu qabığı xırda doğranır, üzərinə qaynar su, reyhan və ya nanə toxumu əlavə edilir. 3-4 saat saxlanılır, süzülür, şəkər v lumu şirəsi qatılıb soyudulur. Süfrəyə verdikdə zəfəran və buz əlavə olunur.




Şəkər şərbəti


Şəkər - 50q, zəfəran - 0,1q, keşniş toxumu - 0,1q, hil - 0,1q, su - 120q, buz - 50q.
Zəfəran xırdalanmış keşniş toxumu və hil 3-4 saat qaynadılmış suda saxlanılır və şəkər əlavə edilir. Süzülür və soyudulur.




Nanəli şərbət
Şəkər - 30q, nanə toxumu - 0,4q və ya təzə nanə - 15q, su 150q, buz - 50q.
Zirə şərbəti kimi hazırlanır. Təzə nanə dəmi almaq üçün onu xırdalayıb üzərinə qaynadılmış su tökürlər.




Sumaq şərbəti


Şəkər - 50q, sumaq 20q, su - 150q, buz - 50q.
Sumaq qaynar suda 3-4 saat saxlanılır, süzülür, şəkər əlavə edilib soyudulur. Süfrəyə verildikdə içərisinə buz salınır.




Cirə şərbəti


Şəkər - 50q, cirə - 0,12q, hil - 0,1q, su - 120q, buz - 50q.
Xırdalanmış cirə və hil toxumu 3-4 saat qaynadılmış suda saxlanılır və şəkər əlavə edilir. Süzülür və soyudulur.




Nar şərbəti
Şəkər - 30q, nar şirəsi - 40q, su 120q, buz - 20q.
Şəkər qaynadılmış suda əridilir. Nar ayrıca qaba sıxılır, alınmış şirə şərbətə qatılır və soyudulur.




Zəfəran şərbəti
Şəkər - 30q, su - 150q, zəfəran - 0,15q, reyhan və ya nanə toxumu - 0,1q, buz - 20q.
Zəfəran, reyhan və nanə toxumu qaynadılmış suda 3-4 saat saxlanılır və şəkər əlavə edilir. Şərbət süzülür və soyudulur. Süfrəyə verildikdə içərisinə buz tikələri salınır.

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 803
favori
like
share