Elnur Məmmədli Olimpiya çempionu oldu
Cüdoçumuz Azərbaycana Olimpiya oyunlarında ilk qızıl medalı qazandırdı

Bu gün Olimpiadada keçirdiyi 4 görüşü də “ippon”la qalib gələrək finala çıxan cüdoçumuz Elnur Məmmədli (73 kq), finalda Cənubi Koreyalı Ki Çun Vanq rəqibini “ippon”la məğlub edərək olimpia çempionu oldu. Cüdoçumuz Azərbaycana Olimpiya oyunlarında ilk qızıl medalı qazandırdı .
Qeyd edək ki, Elnur Məmmədli ilk döyüşdə Belçikalı rəqibi Van Tiçhelt Dirki, İkinci döyüşdə Belaruslu Konstantin Semyenovu , ¼ finalda Koreya Xalq Demokratik Respublikasının idmançısı Kim Çol Sunu, yarımfinalda isə İran cüdoçusu Əli Malomatı “ippon” u məğlub edərək təmiz qələbə qazanmışdı.

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 745
favori
like
share