Qayıdar Veten Şiiri - Azerice Şiirler - Gözəl Şəirlər - Behmen Veten Oğlu

Qaçqınlıq insana, şeref-şan deyil,
Ah-nale çekmekle Veten qayıtmaz.
Ağlamaq kişiye yaraşan deyil,
Göz yaşı tökmekle Veten qayıtmaz.

Sen misri qılıncı öpesen gerek,
Düşmeni hinine tepesen gerek,
Cesaret toxumu sepesen gerek,
Qoxaqlıq ekmekle Veten qayıtmaz.

Haqqı haxdan gerek umasan, oğul!
Yağının yolunu yumasan, oğul!
Cumsan qırğı kimi, cumasan, oğul!
Qaz teki sekmekle Veten qayıtmaz.

Aldanma yağının yaman sözüne,
Şimşek ol başına, ox ol gözüne.
Dağın bu üzünden o bir üzüne
Düşmene söymekle Veten qayıtmaz.

Hoydu delilerim! Penah Allaha!
Arxalan qeyrete, sarıl silaha!
Yalvarmaq, yapışmaq bes eyler daha!
Diz üste çökmekle Veten qayıtmaz.

O eller öz elim obamdı - deyib,
O yerler yurdumdu, yuvamdı - deyib.
Koroğlu doğmaca babamdı - deyib,
Özünü öymekle Veten qayıtmaz.

Özünde Koroğlu hünəri olsa,
Sözünde Koroğlu keseri olsa,
Dizinde Koroğlu teperi olsa,
Qayıdar Veten! Qayıdar Veten!..

Behmen Veten Oğlu

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 1003
favori
like
share