Keçən il Azerinfo jurnalında fransızca məqalə dərc etdirməyə hazırlaşırdıq, mənə Qobustan, başqa bir tələbəyə isə Qurban Səid Əli və Nino haqda məqalə düşmüşdü. Məqaləni birgə işləmək qərarına gəldik, mənə çox maraqlı gəldi

"Əli və Nino" əsəri Şərqin - Qafqazın Romeo və Culiyetası kimi tanınır. Əsərdə söhbət 20 ci əsrin əvəlləri - Azərbaycanın soylu ailələrindən çıxmış Əli və gürcü qızı Ninonun bir - birilərinə olan sevgisindən, həmin ərəfədə ölkədə baş verən bolşevik inqilabı - müharibələrdən gedir. Dünyaca məşhur Azərbaycan milli romanıdır. 27 dilə tərcümə edilmişdir. Əsər ilk dəfə 1937 - ci ildə Vyanada alman dilində nəşr olunmuşdur, 1970 - ci illərdən sonra dünya şöhrəti qazanmışdır.
Əsərin müəllifi adlandırılan Qurban Səid müxtəlif adlarla tanınmışdır. Azərbaycanlı ədiblərin fikrincə, bu Yusif Vəzir Çəmənzəminlidir. Azərbaycanın mühacir ədibi kimi tanınan Məhəmməd Əsəd bəy (Essad bey) də olduğu güman edilir. Lakin Avropalı tədqiqatçılar (Tom Reiss) bu şəxsin yəhudi əsilli 1905 - ci ildə Bakıda doğulmuş İslam dinini qəbul etmiş məşhur Lev Nussimbaum olduğunu düşünürlər. Lev Nussimbaum o dövrün çox nüfuzlu bir şəxsi kimi bütün Şərqdə tanınırdı.
Avstriyalı naşir E. P. Tal Verlag yazır ki, Qurban Səid Avstriyalı baronessa Elfreyd von Ehrenfelsin təxəllüsü idi. Tom Reiss də vurğulayır ki, Elfreyd, əri Rolf kimi, Şərqə çox meylli və eyni zamanda fəlsəfə pərəstişkarı idi, kiçik aristokrat qrupuna mənsub idi. İslam dinini qəbul edən Rolf dönüb Ömər von Ehrenfels olur. Elfreydə gəlincə isə, Almaniyada daha çox almanlaşmış qadın, Lev Nissembaum adlı birisinə istinadən yalançı (qondarma) addan istifadə etmişdir. Lev Nissembaum isə mənşəcə Bakıdan olan yəhudi yazıçısıdır, islamı qəbul etmiş və özünə Əsəd bəy adını götürmüşdür. Əsəd bəy də Elfreydin məşuqu olur və işlərə bir az qarışıqlıq gətirir.

Lev Nussimbaumun Atası Abraham Nussimbaum Tiflisdə doğulmuşdur sonralar Bakıya gəlmiş neft sahəsində milyonlar qazanmışdır. Rus əsilli anası bolşeviklərə qoşulduqdan sonra intihar etmişdir. O intihar edən zaman Lev 6 - 7 yaşlarında idi. Lev Nussimbaum anası haqda belə yazır : "O sadəcə məni dünyaya gətirdi, başqa heç nə etmədi". Sonralar rus inqilabı Nussimbaumlar ailəsini sürgünə məruz qoyur. O atası ilə birgə əvvəlcə İstanbula gedir, oradan Almaniyaya mühacirət edir, Berlində rus liseyinə gedir, lakin gizlincə türk və ərəb dili dərslərində də iştirak edirdi, 17 yaşında ikən İslam dinini qəbul edir, sonralar bir müddət jurnalist kimi işləyir lakin alman nazilərinin təzyiqi altında Avstriyaya qaçır, burada bir çox yazılarını dərc etdirir, sonralar İtaliyaya gəlir və 36 yaşında ikən orada vəfat edir.

Tom Raysın Orientalist (Şərqçi, Şərqpərəst) adlı əsəri Lev Nussimbauma həsr olunmuşdur.
ev Nussimbaum şərqpərəst yazıçı olub, şərq stilində geyinər, şərqli gənclər kimi hərəkət edərdi. Həmin dövrdə indi də olduğu kimi Qafqaz (Azərbaycan) etnik qrupların birgə yaşadığı tolerant ölkə idi. Buna görə də Nussimbaum Şərqdə sığınacaq və sakitlik tapa biləcəyinə inanır, Şərqə olan meyli - məhəbbəti artırdı. Bunun təsiri altında öz avtobioaqrafik romanı olan Əli və Ninonu qələmə almışdır.

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 486
favori
like
share