[FONT="Arial Narrow"]

Sara Qedimova 1922-ci il mayın 31-de Bakıda anadan olub. Azerbaycanın xalq artisti (1963). emek fealiyyetine 1941-ci ilde Müslüm Maqomayev adına Azerbaycan Dövlet Filarmoniyasının solisti kimi başlayan Sara Qedimova nadir istedadı sayesinde qısa müddet erzinde müğenni kimi tanınıb, dinleyicilerin böyük mehebbetini qazanıb. İkinci Dünya müharibesi illerinde dahi Üzeyir Hacıbeyovun ve Semed Vurğunun yaratdığı ve müğenninin cebhede azerbaycanlı esgerler qarşısında oxuduğu "Şefqet bacısı" mahnısı qehreman Azerbaycan qadınının tecessümüne çevrilib.
Sara Qedimovanın senetkar kimi yetişmesinde Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdretli ustadların böyük tesiri olub. O, öz seleflerinin layiqli davamçısı olaraq ömrünün sonuna kimi klassik ifaçılıq enenelerine sadiq qalıb.
Azerbaycan Dövlet Opera ve Balet Teatrında aparıcı partiyalarda çıxış eden Sara Qedimovanın adı opera sehnesinde yaratdığı Leyli ve esli obrazları ile yadda qalıb. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, müxtelif Azerbaycan xalq mahnıları ifaçılıq seneti tariximize qızıl herflerle yazılıb. Müğenninin ifasında "Qarabağ şikestesi" ise Azerbaycan musiqisi tarixinde özünemexsus yer tutur. Xalq musiqisinin inceliklerine derinden yiyelenmiş Sara Qedimova ifa üslubu ile milli musiqi xezinemizi zenginleşdiren böyük senetkarlardan olub, derin tarixi köklere ve enenelere malik Azerbaycan xanendelik mektebinde layiqli yer tutaraq onun inkişafına öz töhfesini verib. Dinleyicinin daxili alemine nüfuz etmek, onda güclü emosional tesir yaratmaq bacarığı Sara Qedimova yaradıcılığının xarakterik xüsusiyyeti idi. Müğenninin altmış ilden artıq bir dövrü ehate eden yaradıcılığının başlıca qayesi Azerbaycan medeniyyetine xidmet göstermek olub. Sara Qedimovanın milli musiqimize hedsiz sedaqetle seciyyelenen heyat yolu genc xanendeler nesli üçün daim örnek olacaq.
Milli medeniyyetimizi degelerle xarici ölkelerde böyük uğurla temsil etmiş Sara Qedimova Azerbaycan xalq musiqisini müxtelif xalqların nümayendelerine sevdire bilib ve çıxış elediyi en möteber sehnelerde derin reğbetle qarşılanıb.
Musiqi medeniyyeti sahesinde nailiyyetlerine göre Sara Qedimova çox mükafatlara layiq görülüb. Şeref nişanı, Şöhret ordenleri ve medallrla teltif olunmuşdur.Böyük xanende, vetenperver senetkar ve gözel insan Sara Qedimovanın eziz xatiresi xalqımızın qebinde hemişe yaşayacaq.

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 1549
favori
like
share