[FONT="Arial Narrow"]


1918 – Qara Qarayev fevralın 5-də Bakı şəhərində anadan olub.


1926 – Azərbaycan Dövlət konservatoriyası yanında musiqi məktəbinin şagirdi.

1930 – Azərbaycan Dövlət konservatoriyası yanında musiqi texnikumunda (“rabfak” - yeni işçi fakultəsi adlanırdı) professor G. Şaroyevin fortepiano sinfinin tələbəsi.

1935 – Azərbaycan Dövlət konservatoriyasında bəstəkarlıq (professor L. Rudolf) və Azərbaycan xalq musiqisinin əsasları (professor Üz. Hacibəyov) siniflərinin tələbəsi.

1937 – Azərbaycan bəstəkarlar ittifaqının üzvü.

1938 – P. İ. Çaykovski ad. Moskva Dövlət konservatoriyasında 1940-ci ilədək bəstəkarlıq sinfinin (prof. A. N. Aleksandrov) tələbəsi.

1941 – Bakıya qayıdışı. M. Maqomayev ad. Azərbaycan Dövlət filarmoniyasının bədii rəhbəri.

1944 – Azərbaycan bəstakarlar Ittifaqının idarə hey’əti sədrinin müavini, yenidən 1946-cı ilədək P. İ. Çaykovski ad. Moskva Dövlət konservatoriyasında bəstəkarlıq sinfinin (prof. D. D. Şostakoviç) tələbəsi.

1946 – P. İ. Çaykovski ad. Moskva Dövlət konservatoriyasının buraxılışı, Azərbaycan Dövlət konservatoriyasında bəstəkarlıq sinfinin müəllimi, “Vətən” operasına görə SSRİ Dövlət mükafatı laureatı, SSRİ bəstəkarlar İttifaqı təskilatı komitəsinin üzvü, “Əməkdə igidliyinə görə” medalı ilə mükafatlanıb.

1948 – SSRİ bəstəkarlar İttifaqı idarə hey’ətinin üzvü, Azərbaycan Dövlət konservatoriyasının dosenti, “Leyli və Məcnun” simfonik poemasına görə Dövlət mükafatı laureatı, Azərbaycan Elmlər Akademiyasının memarlıq və incəsənət İnstitutu musiqi bölməsinə başçılığı.

1949 - 1953-cü ilədək Azərbaycan Dövlət konservatoriyasının direktoru.

1950 – SSRİ Nazirlər Soveti yanında SSRİ Dövlət mükafatları üzrə komitənin üzvü.

1952 – Azərbaycan bəstəkarlar İttifaqı idarə hey’ətinin sədri, sovet mədəniyyət və incəsənət ustalarının bir ilə Albaniya Demokratik Respublikasına səfər.

1953 – Leninqrad Dövlət Kiçik (“Malıy”) opera teatrında “Yeddi gözəl” baletinin ilk tamaşası.

1954 – 1982-ci ilədək SSRİ Lenin və Dövlət mükafatları komitəsinin üzvü.

1955 – Azərbaycan SSR-in əməkdar incəsənət xadimi, 1959-cü ilədək IV çağırış SSRİ Ali Sovetinin deputatı.

1956 – 1973-cü ilədək Azərbaycan bəstəkarlar İttifaqının birinci katibi.

1957 – SSRİ kinomatoqraf işçilər ittifaqının üzvü, “Bir məhəlləli iki oğlan” filminin musiqisinə görə birinci Ümumittifaq sovet filmləri festivalının laureatı, 1962-ci ilədək SSRİ bəstəkarlar ittifaqı idarə hey’ətinin üzvü.



1959 – SSRİ xalq artisti, Üz. Hacıbəyov ad. Azərbaycan Dövlət konservatoriyası bəstəkarlıq kafedrasının professoru, Azərbaycan Elmlər Akademiyasının akademiki, Çexoslovakiyada “Yeddi gözəl” baletinin ilk tamaşaları ilə bağlı yaradıcılıq səfəri (Praqa, Bratislava, Brno şəhərləri).

1960 – Azərbaycan KP MK üzvü.

1961 - “İldırımlı yollarla” baletindən İkinci süitanın ifası ilə bağlı Los-Anjelesdə (ABŞ) I beynəlxalq çağdaş musiqi festivalının iştirakçısı, “Qırmızı Əmək Bayrağı” ordeni olə mükafatlanıb.

1962 – VI çağırış SSRİ Ali Sovetinin deputatı, P. İ. Çaykovski ad. İkinci beynəlxalq müsabiqənin iştirakçısı, sovet mədəniyyət və incəsənət ustaları arasında ABŞ-a səfər.

1963 – Leninqrad Kiçik (“Malıy”) opera teatrının qastrolları zamanı Qahirədə “Yeddi gözəl” baletinin göstərilməsilə bağlı Misir Ərəb Respublikasına səfər.

1964 – SSRİ Böyük teatrının qastrolları zamanı “İldırımlı yollarla” baleti tamaşasının göstərilməsi ilə bağlı “Varşava payızı” çağdaş musiqi festivalına səfər.

1965 – “Antoni və Kleopatra” (U. Şekspir) tamaşına yazdığı musiqiyə görə M. F. Axundov ad. Mukafatın laureatı, aprelin 21-i Moskvada, iyunun 2-i – Bakıda Üçüncü simfoniyanın ilk ifası.

1966 – VII çağırış SSRİ Ali Sovetinin deputatı, dirijorların İkinci İmumittifaq musabiqəsində münsiflər hey’ətinin sədri üzvü, sovet mədəniyyət və incəsənət ustaları arasında İspaniyaya səfər, Bakıda “Klassik süitanın” ilk ifası.

1967 - “İldırımlı yollarla” baletinə görə Lenin mükafatı və Lenin ordeni.

1968 – aprelin 21 – Qorkidə (indiki Nijni Novqorod), aprelin 28-i – Moskvada Violino ilə simfonik orkestr üçün Konsertin ilk ifaları.

1969 – “Yeddi gözəl” baletinin və “Leyli və Məcnun” simfonik poemasının musiqisinə balet tamaşasının göstərilməsi ilə bağlı Parisdə keçirilən ümumdünya rəqs festivalına səfər, sovet mədəniyyət və incəssənət ustaları arasında Yaponiyaya səfər.

1970 – VIII çağırış SSRİ Ali Sovetinin deputatı.

1971 – “Qoysa” filmininə yazdığı musiqi ilə bağlı çəkiliş bölüyü ilə ADR-ə (Almaniya Demokratik Respublikasına) səfər, Oktyabr inqilabı ordeni.

1972 – “Varşava payızı” çağdaş musiqi festivalında və bəstəkarlar ittifaqları katibliklərinin toplantılarında keçirilən balet artistlərinin İkincı beynəlxalq musabiqəsində münsiflər hey’ətinin üzvü.

1973 – IX çağırış SSRİ Ali Sovetinin deputatı, P.İ.Çaykovski ad. V beynəlxalq musabiqəsi münsiflər hey’ətinin üzvü, modal musiqi məsələrində bağlı Türkiyədə keçirilən beynəlxalq konqres iştirakçısı.

1976 - “Gənc bəstəkarlar yetişdirilməsi” simpoziumun işində və sovet və itaıyan bəstəkarlarının ikitərəfli görüşündə iştirakı ilə baglı İtaliyaya, - Pezaro şəhərinə səfəri.

1978 – Sosialist Əməyi Qəhrəmanı, Ümumdünya müəllif hüquqları agentliyi konqresinin iştirakçısı kimi Parisəni səfəri, “Çılğın qaskonlu” musiklinin ilk tamaşası (Moskva operetta teatrı).

1982 – Mayın 13-də Moskva şəhərində dünyasını dəyişib. Bakıda torpağa tapşırılıb
________________________________________________________________

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 587
favori
like
share