Mecnunu serseri zenn etme ki, sen.
Deyildi gördüyün divanelerden.
Oruclu, namazlı, nurlu bir çıraq,
Əqle yad deyildi, edebden uzaq,
Vaxtının en böyük bir alimiydi,
Alemi şerh eden Loqman kimiydi.
Gizli menalara o yol açardı,
Qelbinde göylerin min sirri vardı.
Qızıl sikkesi tek her sözü gözel,
Lele benzeyerdi dediyi qezel.
Delinin ağlına beleddir her kes,
Ondan bu inciler saçıla bilmez.
Dünyanın qeydini tamam ataraq,
Qeydsiz bir heyat sürürdü ancaq.
Onda ölüm fikri aşıb daşırdı,
Köç tedarüküne hazırlaşırdı.
Deyirdi: "Can evim alışır derdden,
Ölüm qurtaracaq meni möhnetden".
Kim ki, düz gelmese dünyayla, inan,
Çetin can qurtarar bu dar dünyadan.
Dünyanı dörd elle tutsa bir nefer,
Çetinlikle köçüb dünyadan geder.
Mecnun yol yoldaşı gezmeden bir an,
Açırdı zenciri öz varlığından.
Taki can ovuna çıxsa yaradan,
"Getir" dediyi vaxt, desin: "Budur can".
Ömür gemisinde can qorxusu var,
Bu qorxu ucundan geymezdi paltar.
Xöreyi olmuşdu acı tikeler,
Yemezdi dünyada o heç bir beher.
Dünyadan el üzüb, düşmüşdü uzaq,
Leyli behaneydi bu yolda ancaq.
Ne vaxt ki, arzusu bir yol vurardı,
Dünyadan qaçacaq yeri de vardı.
Onun da qelbinde yaşardı dilek,
Qında saxlayırdı onu qılınc tek.
Visal gezmeyirdi bizim perizad,
Taki... eşqin evi yaşasın abad.
Bir alim ustaddan soruşdum ki, men:
Aşiqin halını şerh et bize sen.
Onu ki, visale çağırırdı yar,
Möhlet vermeyinin ne menası var?
Neçin muradına yetmedi o da?
Ömründen otuz il o verdi bada?
Dedi ki: - Yetseydi murada bir an,
Əbedi çıxardı neşe canından.
Uymadı bir anlıq kefe dünyada,
Otuz il neşeni vermedi bada.
Bir qedeh alsaydım o şerabdan men,
Temennam qalmazdı iki alemden.

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 1160
favori
like
share