Tahir Talibli Kimdir? - Tahir Talibli Hakkında

Həyatı
Tahir Talibli (Tahir Talibli Kimdir? - Tahir Talibli Hakkında)
Tahir Talıblı 1948-ci il fevralın 22-də Ermənistanın Kalinino rayonunun Evli kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir. Sonra təhsilini APİ-nin fılologiya fakültəsində davam etdirmişdir (1968-1972). Həmin ildə əmək fəaliyyətinə doğma kəndində dil-ədəbiyyat müəllimi kimi başlamış sonra isə orta məktəbin direktoru işləmişdir (1972-1988). Erməni ekstremistlərinin təhdid və təzyigi üzündən dədə-baba yurdunu tərk etməyə məcbur olmuşdur (1988). Həmin ildən Bakı şəhərində yaşayır.Ailəlidir3 övladı var.


Yaradıcılıgı

1970-ci ildən poetik əsərlərini dövri və publisistik yazılarını mətbuatda çap etdirmişdir. İlk şeirləri "Azərbaycan gəncləri" gəzetinin səhifələrində dərc olunmuşdur. "Yeni fikir" gəzetinin əməkdaşı sonra həmin gəzetin baş redaktoru işləmişdir (1992-1993). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Radio verilişləri redaksiyasının Güney Azərbaycanı şöbəsində redaktor vəzifəsində çalışmışdır (1993)

1993-cü ildən isə Azərbaycan radiosunda "Xalg yaradıcılığı" redaksiyası yaradılıb.Redaksiya iki şöbədən: "Xalg yaradıcılığı" "Sənət və etnografıya'" şöbəsindən ibarətdir. Xalg yaradıcılığı redaksiyasında müxtəlif tədgigat xarakterli verilişlər efirə çıxır. "Bulag" "Gündoğandan günabatana" "Yazıya pozu yoxmuş" "Xeyrə gənşər" "Aşıg gördüyün çağırar" "Yerin-yıırdun adın andım" "İlmə" "Şirvan nəfəsi" "Divani saz-söz moclisi" "Dastan saatı" "Qərib axşamlar" "Şirvan şikəstəsi" "Tərəkəmə" folklor rəgs toplusu "Yurd yeri" "Soyumuz-soykökümüz" Irəvan Cuxuru kimi verilişləri yarandığı gündən dinləyicilərin diggət və marağını gazanıb.

1969-cü ilin noyabrında ilk dəfə efirə çıxan "Bulag" verilişi istedadlı yazıçı Mövlud Süleymanlı tərəfindən yaradılıb araya-ərsəyə gəlib. 32 illik bir ömrü yaşayan "Bulag" verilişi 1993-cü ilə gədər "Ədəbiyyat" redaksiyasının tərkibində fəaliyyət göstərib.Artıg 15 ilə yaxındırki Tahir Talibli "Bulag" verilişinin ssenari müəllifidir.

azerbaycan radiosunda "Xalg yaradıcılığı" redaksiyasının verilişlərində xalg yaradıcılığının müxtəlif sahələri araşdırilir etnografiyamızla soykökümüzlə toponimlərimizlə tarixi adlarımızla gədimliyimizlə bağlı araşdırmalar səslənir.Azərbaycan radiosıınun "Xalg yaradıcılığı" redaksiyasının verilişlərində dünyaya səpələnən ayrı-ayrı türk xalglarının türk soylarının folklor niimunələrindən geniş söhbət açırlar. Üzü Şumerdən bəri gələn Şu Bilgamış Dədə Qorgud Koroğlu alpamış Koblantı Batır Ural-Batır Altun Arıg Manas kimi dastanlar ümumtürk varlığının dünya üstündəki varlığı kimi verilişlərin əsas mövzusudur."Ustad nəfəsi" "Divani saz söz məclisi" "Dastan saatı"Irəvan ÇuxuruYurd yeri verilişlərində aşıg sənətimiz yaradıcı şəkildə araşdırılır.

azerbaycan radiosunda "Xalg yaradıcılığı" redaksiyasının baş redaktoru Tahir Taliblıdır.


Əsərləri
1.Sevgi harayı. Yerevan: Sovetakan groğ 1982 36 səh.
2.Yazılmamış şerlər. Yerevan Sovetakan groğ 1984 80 səh.
3.Yollara çıxmışam. Bakı: Yazıçı 1986 45 səh.
4.Bizi yurd saxlar. Bakı: Yazıçı 1992 120 səh.
5.Əziz Əliyev. Bakı: Azərnəşr 1996 352 səh.
6.Bu tale dediyin (şerlər). Bakı: Azərbaycan Türkiyə Birgə Poligrafiya Şirkəti

Etiketler:
Beğeniler: 1
Favoriler: 0
İzlenmeler: 448
favori
like
share