Sadə, dadlı, qozlu rulet..

Son güncelleme: 17.09.2009 11:42
  • Xəmir üçün:
    2 xörək qaşığı(x/q) xama, təxminən 3 st. un, 3 x/q duru yağ, 1 yumurta, 15 qr. maya, yarım st. süd və ya su, 1 çimdik duz.
    İç:
    1st. çəkilmiş qoz və ya fındıq, yarım st. şəkər

    Əvvəlcə xəmir yoğrulur və sonra kündə açılır. Çəkilmiş qoz və ya fındığa şəkər (pesok) qatıb qarışdırırıq və tökürük xəmirin içinə, rulet kimi bükürük.
    Sobanın listini yağlayırıq, ruletləri qoyuruq sobaya və ruletlərin üstünü yumrtanın sarısı ilə yumurtalayırıq. Sonra qoyuruq sobaya, 180 dərəcədə bişir.
    Bişirin, ləzzətlidir!..
#17.09.2009 11:42 0 0 0