Bu gün ən çox sənin üçün darıxdım
Əvvəlcə yuxuda gördüm səni
Oyandığımda sən var idin ağlımda
Yanımdaydın
Sanki səninlə keçirəcəkdim bütün günü
Bu dəfə sevinc verdi həsrətin mənə
Bütün gün səninləydim sanki.....

Günortaya doğru incitməyə başladı həsrətin
Gülüşün ağlıma gəldi.....
Sonra pəncərənin önünə getdim bir xeyli düşündüm......
Getdikcə beynimi gəmirməyə başladı hisslərimin qarmaqarışıqlığı
Və çarəsizliyim ürəyimi bulandırırdı
Gözləmirdim artıq zəng vurmağını
Amma darıxırdım......
Yanımda yatmağını, doya-doya gözlərini seyr etməyi istəyirdim, amma nə edim ki, yoxdun yanımda......

Bu gün hər şeyi səninlə etmək istədim.
Bir də olacaqmış kimi çoxlu xəyal qurdum
Onlar da xoşbəxt edər kimi olur, amma həqiqətlə üzləşincə keçir.....
Sonra da içimdəki yorğunluq və küskünlük......

Ərköyünlüyə nifrət edən mən bu gün sənin hər dediyini etmək istədim.....
Özüm üçün yaşayan mən bu gün sənin üçün yaşamaq istədim.....

Bu gün ən çox sənin üçün darıxdım mən
Bütün vərdişlərini, bir sözlə, yerişini, duruşunu, baxışını görmək istədim.....
Bir toxunuşunu, səsini dinləməyi......

Səninlə olmağı ən çox bu gün istədim mən......

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 439
favori
like
share