Unutmadı gözlərini gözlərim,
Mənim gözüm, sənin gözün deyil ki,
O yerləri naxışlayır izlərim,
Mənim izim, sənin izin deyil ki...

Yalanlara öyrətmədim dilimi,
Mənim dilim, sənin dilin deyil ki,
Hər yetənə uzatmadım əlimi,
Mənim əlim, sənin əlin deyil ki...

Uçub getdin, sazaq düşdü könlümə,
Mənim qəlbim, sənin qəlbin deyil ki,
Sən gülüşçün yaranıbsan, inləmə,
Mənim qəmim, sənin qəmin deyil ki...

Sən qaraltdın, mən ağartdım saçımı,
Mənim saçım, sənin saçın deyil ki,
Eşidənlər bağışlayır suçumu,
Mənim suçum, sənin suçun deyil ki...

Yerə düşdü, odlu sözüm közərdi,
Mənim sözüm, sənin sözün deyil ki,
Qarşılaşdıq, dil susdu, üz qızardı,
Mənim üzüm, sənin üzün deyil ki...

Sən yolunu dəyişdirdin bir səhər,
Mənim yolum, sənin yolun deyil ki,
Bu hicrana dözəcəyəm birtəhər,
Dözəcəyəm, hicran ölüm deyil ki !..
Nüsrət Kəsəmənli

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 702
favori
like
share
Lady_rap Tarih: 28.09.2009 21:08
cox sagol baciw