İbrahim Ədhəm bir gəmidə səyahət edərkən başına qəribə bir iş gəlir. Həmin gəmidə təlxək də varmış.

Təlxək gəmidəki adamları güldürür, onlardan bir şey qoparırdı. Birdən təlxəyin gözü İbrahim Ədhəmə sataşır və onu ələ salmağa, cürbəcür təhqirlərlə incitməyə başlayır. Təlxək nə söyləyir, nə deyirsə, İbrahim Ədhəm sakit qarşılayır, onun xətrinə dəymir. Nəhayət, təlxək heyrətə gələrək deyir:
- Bu nə qəribə adamdır, sən vurduqca vurdurur, söydükcə söydürür, əzdikcə əzdirir.
İbrahim Ədhəm təlxəyə:
- Səndən bir şey soruşmaq istəyirəm, - deyir.
- Soruş.
- Gəmidə bu qədər insan var. Ələ salmağa, oynatmağa niyə məni seçdin? Yəni mən bu adamlar içində ən xor görülən, ən zəif və yazığammı?
Təlxək düşünmədən cavab verir:
- Bəli. Hər kəsə göz gəzdirdim və ələ salmağa layiq səni seçdim.
İbrahim Ədhəm başını yuxarı qaldırıb: “Ya Rəbbim, Sənə şükrlər olsun” söyləyir, sonra da üzünü təlxəyə tutub:
- Sənə də təşəkkür edirəm, sən bu dünyada insanları güldürdüyün kimi Allah da o biri dünyada səni güldürsün. Sən mənim könlümü xoş etdin, - deyir.
Nəticə: Hər kəs birisinə bir şey verəndə onun ehtiyacını əsas tutur. Ən zəifə, ən çox möhtac olana daha çox verilir. İbrahim Ədhəmin o sözləri “Allahım, bu təlxək də şahiddir ki, Sənin Sənə ən möhtac olan qullarından biri də mənəm. Ən aşağı, ən kasıb olan da öz Sultanından Onun sonsuz lütfünü diləyir”, - deməkdir.

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 760
favori
like
share
Lady_rap Tarih: 28.09.2009 20:54
cox sagol,maraqli hekaye idi