Bu gün “The Financial Times” qəzeti biznes dünyasının 50 ən nüfuzlu qadınının adını açıqlayıb. Aparılan araşdırmaların nəticəsinə görə, bu siyahıda birinci yeri “PepsiCo” korporasiyasının rəhbəri, 53 yaşlı hind mənşəli amerikalı İndra Nuyi tutub.

Qəzet qeyd edir ki, Nuyinin adının mənası iudizm dinində “müharibə Allahı” deməkdir və o hazırda adını tam olaraq təsdiq etdirir.

Siyahının ikinci yerində 51 yaşlı kanadalı, “Avon Products” şirkətinə rəhbərlik edən Andrea Canq qərarlaşıb. Dünyanın ən nüfuzlu üçüncü qadını isə “Areva” korporasiyasının başçısı, 50 yaşlı fransalı Ann Loverjondur.

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 572
favori
like
share
umut çakmak Tarih: 21.05.2012 09:15