Bilməzdim səninçün unudulmuşam
Solmuş bir çiçək tək qurudulmuşam
Yox yox belə vəfasız ola bilməzdin
Sən mənə bu sözü qıyıb deməzdin



Deyirdin ömrünə həkk olmuşam
Deyirdin ürəkdən sevirəm səni
Bilməzdim səninçün unudulmuşam
Indi gəlib unutmuşam deyirsən səni



De necə bacardın de necə qıydın
Demək sənin dünənində varıydım
Bu gün isə mənsiz oldu de necə
Demək yoxam olmayacam beləcə



Nə yaman əzabdır sonda duyasan
Ən əziz insana sən yad olasan
Bir gün bax beləcə unudulassan
Bilməzdim səninçün unudulmuşam

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 466
favori
like
share