Faydalı məsləhətlər - məsləhətlər - Faydalı məsləhətlər Azərbaycan Mətbəxi - Azərbaycan - Mətbəx - Azərbaycan Mutfağı - Azeri Mətbəxi - Azərbaycan Mətbəxi





Əgər xörəyin duzu çox düşmüşsə onda qazanı beş dəqiqəliyə odun üstünə qoyub qapağını qaldırın. Sonra qazanın ağzını təmiz salfet, yaxud süfrə ilə örtərək üstündən azca duz səpin.

* * *
Bəzən kartofun qabığını soyduqdan sonra müxtəlif səbəblər üzündən onu bişirmək lazım olmur. Belə vaxtda narahat olmayıb, soyulmuş kartofun üstünə un səpin. Soyulmuş kartofu unun içərisində saxlasanız o, qaralıb qurumaz.

* * *
Keks, tort, peçenye təzə qalıb köhnəlməsin deyə onların içərisində bir parça çörək qoyulmuş dəmir qutuda saxlamaq lazımdır. Belə vaxtda qutudakı çörəyi iki gündən bir dəyişdirib təzəsi ilə əvəz etməyi unutmayın.

* * *
Duxovkanın isti – soyuqluğunu belə təyin edirlər: orta közə bir vərəq ağ kağız sərib azca gözləyir, sora qapısını açıb baxırlar: əgər kağız qızarmışsa – deməli duxovka çox istidir, bozamışsa – deməli piroq və bulka bişirmək olar, saralmışsa çəkinmədən biskvit, keks bişirə bilərsiniz. Əgər rəngi azca dəyişmişsə, deməli əsl peçenye və bize bişirmək məqamıdır.

* * *
Soğan iyi ətrafdakılara xoşagəlməz təsir bağışlayır. Bunun qarşısını almaq üçün soğan yeyəndən sonra azca süd içmək kifayətdir.

* * *
Balığı yuyarkən əvvəlcə qaynar su axıtsanız pulları asanlıqla və təmamilə təmizlənər.

* * *
Vitaminlərin itməməsi üçün soyulub təmizlənmiş tərəvəzin üstünə soyuq su yox, isti su tökün.

* * *
Yağlı xəmir yoğurarkən ona heç vaxt süd əvəzinə su qatmayın. Əks təqdirdə belə xəmiri bişirəndə rəngi qaralar, dadsız olar.

* * *
Mannıdan sıyıq bişirərkən onu soyuq su ilə bir neçə dəfə yuyun. Belə etsəniz, mannı sıyığı yumurlanmaz, dənəvər və ləzzətli olar.

* * *
Bişmiş ət quru olmasın deyə onu bişirərkən xırda – xırda doğramayıb, iri parça şəklində qaynar suya salmaq, sonra da zəif odun üzərində, vamla bişirmək lazımdır.

* * *
Əti, tamam bişməyincə duzlamaq məsləhət görülmür. Çiy ətə duz vurduqda üstü qaysaqlanır, beləliklə də quru, gec bişən olur.

* * *
Balığı, qapağı örtülü qabda bişirsəniz, suyu tamam çəkilib qurumaz, həm də tez hazır olar.

* * *
Əgər piroq bişdikdən sonra tavaya yapışıb qopmursa, onu bir neçə dəqiqəliyə yaş əskinin üstündə saxlayın. Bəzən tort da bişdiyi tavadan qopmur. Belə vaxtda tavanı əvvəlcə soyudub sonra altını cəld isidin. Belə etsəniz, tort asanlıqla tavadan qopacaqdır.

* * *
Yanmasın deyə südü qaynadarkən əvvəlcə qazanı soyuq su ilə yaxalayın.

* * *
Südü qaranlıq yerdə saxlayın. Işıqda vitaminlərin böyük bir hissəsi parçalanıb heç olur.

* * *
Süd qaynayanda çürüməsin deyə, südün içərisinə azca şəkər (hər litr südə bir çay qaşığı ) tökün.

* * *
Iri ağ lobya bişirəndə qaynamağa başlayan kimi suyunu süzüb üstünə təzədən su alaraq 1 – 2 qaşıq bitki yağı qatdıqda daha ləzzətli olur.

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 953
favori
like
share
save_me Tarih: 12.12.2011 21:02
tsk