SULU YEMƏKLƏR - Azərbaycan Mətbəxi - PİTİ YEMƏĞİ - PİTİ - Azərbaycan PİTİ


Xammalların miqdarı küftə-bozbaşda olduğu kimidir. Yay vaxtı zəfəran 50 q pomidorla əvəz edilir.
Pitinin hər payına 55-60 qramlıq 2-3 tikə qoyun əti götürülür. Noxud 4-5 saat soyuq suda isladılır. Ət və noxudu pitii qabına qoyub zəif od üzərində tədricən bişirirlər. Xörəyin hazır olunmasına 30 dəqiqə qalmış kartov, iri doğranmış soğan, alça, duz və zəfəran şirəsi tökülüb hazır olana kimi bişirilir. Pitii bir qayda olaraq bişirildiyi qabda süfrəyə verilir, yanına dərin boşqab və ya kassa, sumaq və təmizlənmiş baş soğan qoyulur.

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 1153
favori
like
share