Azərbaycan Mətbəxi - Küftə-bozbaş - Azərbaycan - Küftə - bozbaş - Azərbaycan Küftəsi - Azərbaycan Küftə - SULU YEMƏKLƏR - Azərbaycan SULU YEMƏKLƏR




Qoyun əti - 163q, quyruq - 20q, düyü - 15q, təzə alça -
30q, noxud - 25 q, kartof - 150q, baş socan - 18q, zəfəran - 0,1q, quru nanə - 0,1q, istiot, duz.
Küftə bozbaş üçün sümüklərdən bulyon bişirilir. Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, istiot, duz qatılıb yaxşı qarışdırılır. Hər küftənin içərisinə 2-3 ədə yuyulmuş quru alça qoyulur. Noxud bulyonda bişdikdən sonra küftələr bulyona salınır və bişirilir. Həmçinin kartov və narın çərtilib qızardılmış soğan əlavə edilir. Xörəyin hazır olmasına 10-15 dəqiqə qalmış ona duz, istiot və zəfəran məhlulu əlavə edilib hazır vəziyyətə çatdırılır. Süfrəyə veriləndə üzərinə keşniş, yaxud quru nanə səpilir.

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 2742
favori
like
share