Mezlumların derdi çoxmuş.
Saqqallı bir keçi varmış,
Gezdiyi yer qayalarmış.
Dağdan-dağa atlanaraq,
Her zehmete qatlanaraq
Yaşarmış öz emeyile,
Başkasının kömeyile,
Dolanmaqdan utanarmış,
Onun üç yavrusu varmış:
Biri Şengül, biri Şüngül,
Biri de balaca Mengül.

Şengülün gözleri qara,
Benzeyirdi ceyranlara.
Şeve tükü buruq-buruq,
İnce baldır, qısa quyruq.
Yeni çıxmış buynuzları,
Büxağında qotazları.
Bir yaşında maral çepiş,
Bacaqları bir dal çepiş.

Şüngülün gözleri nergiz,
Sanki dünyadan xebersiz.
Gece-gündüz oynaqlardı,
Anasını qucaqlardı.
Yuxa tükü beyaz, yumşaq,
Qulaqları sanki zanbaq.
Alnındaki qaşqa gözel,
Yoxdu bundan başqa gözel.

Hele birce Mengüle bax,
Ayağında sekile bax.
Yoxdu böyle gözel çepiş.
Nazlı çepiş, tepel çepiş.
Yumuşaq tükü ala-bula,
Tamamile başa bela!

Her sabah gün doğar-doğmaz,
Qaranlığı boğar-boğmaz,
Keçi yatağından durub,
Şengülün halını sorub,
Şüngüle nezer salardı,
Mengülden öpüş alardı.
Qapıları güle-güle
Bağlayıb çıxardı çöle.
Yamaclarda otlayaraq,
Qayalardan atlayaraq,
Derelerden su içerdi,
Yoxdu qemi, yoxdu derdi.
Otlamaqdan qayıdarken,
Çağırardı keçi birden:

- Şengülüm, Şüngülün, Mengülüm,
Açınız qapını men gelim.
Ağzımda su getirmişem,
Döşümde süd getirmişem,
Buynuzumda ot getirmişem.

Beğeniler: 1
Favoriler: 1
İzlenmeler: 491
favori
like
share