Qoz mürəbbəsi

Son güncelleme: 04.10.2009 19:15
  • Emal edilmiş qoz - 1 kq, şəkər - 1,5 kq, limon turşusu - 3 q, mixək - 3 q və ya hil - 3 q (50 əd. qoza 1 kq şəkər)

    Mürəbbə bişirmək üçün diametri 24 mm-dən az olmayan qabığı odunlaşmamış sütül qoz götürülür. Qozu qabığı nazik soyulur, gündə 2-3 dəfə suyuna dəyişmək şərtilə 9 gün suda saxlanılır. Sonra qoz əhəng suyuna qoyulur. Beləliklə,bişirilmiş qozlar qaynar suda 20-25 dəq. pörtülür və suyu atılır, üzərinə şərbət əlavə edib arada 2-3 dəfəyə bişirilir. Axırda limon turşusu, mixək və ya hil əlavə edilir və Ümumilikdə qoz mürəbbəsi 10 gündən az olmayaraq hazırlanır.
    Əhəng suyunu hazırlamaq üçün 500 q.təmiz əhəng 3 litr suda həll edilib, 3-4 saat saxlanılır və çökmüş əhəngin üst qatındakı şəffaf məhlul tənzifdən süzülür.

#04.10.2009 19:15 0 0 0