Sevgi Var - dovlet muveffeqiyyet

Son güncelleme: 04.10.2009 19:30
  • Bir qadın evdən çıxırdı ki, qapıda üç qocanın dayandığını gördü.
    Qadin: "Sizi tanımıram, ancaq hiss edirəm ki, acsınız, bəlkə, evə gələsiniz", - dedi. Qocalar qadından həyat yoldaşının evdə olub-olmadığını soruşdular. O da evdə heç kimin olmadığını dedi.
    Qocalar: "Elə isə, biz sizin evinizə girə bilmərik", - dedilər...
    Axşam həyat yoldaşı evə gələndə qadın əhvalatı ona danışdı.
    Yoldasi da: "Onlara evdə olduğumu de, qoy gəlsinlər", - deyə cavab verdi. Qadın qapıya çıxdı və bayırda gözləyən qocaları evə dəvət etdi.
    Ancaq qocalardan biri: "Biz bir yerə dəvət ediləndə hamımız getmirik", - dedi. Bu söz qadını təəccübləndirdi.
    Onun teeccublendiyini goren qoca: "Biz üç yoldaşıq. Birimizin adı Var-dövlət, birimizinki Müvəffəqiyyət, o birimizinki Sevgidir... İndi get yoldaşınla məsləhətləş. Hansımızı dəvət etmək istəyirsə, qoy bizə bildirsin", - dedi. Qadın evə gələrək hər şeyi həyat yoldaşına danışdı.
    Yoldas? cox sevindi ve: "Var-dövləti dəvət edək, qoy evimiz var-dövlətli olsun", - dedi.
    qadin ise : "Bəlkə, Müvəffəqiyyəti dəvət edək?" - deyə təklif etdi. Bu vaxt yan otaqdan onları dinləyən qızlarının səsi eşidildi.
    Qiz: "Sevgini dəvət etsək, daha yaxşı olar. Onda evimiz sevgi ilə dolar", - dedi.
    Heyat yoldasi: "Məncə, qızımızın fikri daha yaxşıdır", - deyərək qadına Sevgini evə çağırmağı tapşırdı. Qadın qapıya çıxdı və Sevgini evə dəvət etdi. Sevgi qalxdı. Evə yaxınlaşanda o biri dostları da onun arxasınca gəlməyə başladılar.
    Qadin teeccuble: "Mən ancaq Sevgini dəvət etmişdim", - dedi.
    Sevgi ise cavab verdi: "Əgər siz Var-dövləti və ya Müvəffəqiyyəti dəvət etsəydiniz, onda ikimiz gəlməyəcəkdik. Ancaq siz məni dəvət etdiniz. Harada Sevgi varsa, orada Var-dövlət də, Müvəffəqiyyət də var"...
#04.10.2009 19:30 0 0 0