Qadın daima gözəlliyə can atır, istənilən yaşda o, cavan və cəlbedici
görünməyə çalışır. Qadın cazibədarlığını eleqant paltar, gözəl bədən quruluşu, incə gülümsəmək təmin edir. Xanımın xarici görünüşünün son cizgisi ustalıqla seçilmiş ətirdir.
Ətri təkcə dəbdə olduğuna görə almaq ağılsızlıqdır. Aldığınız ətir sizə uyğun gəlməyə də bilər. Əgər ətri düzgün seçmisinizsə, ondan səhərdən axşamadək istifadə etmək yersizdir, çünki bu yolla nə sizin, nə də ətrafınızdakıların əhvalı dəyişməyəcək.
Sadə və yüngül ətirlər gündəlik istifadəyə, mürəkkəb ətirlər isə ziyafət və axşam görüşlərinə yararlıdır. Bəzi tualet suyu və odekolonu hətta gecə də vurmaq olar. Ancaq bir ətirdən istifadə edən qadın dəbdən geri qalmış hesab edilir. Buna görə də ətri fəsillərə görə dəyişmək lazımdır.
Yadda saxlamaq lazımdır ki, sevimli və bahalı markadan olan ətirlər belə, orqanizmin individual kimyəvi xüsusiyyəti nəticəsində xoşagəlməz ola bilər.
Ətir alarkən onun iyini yoxlamaq üçün flakondan bir damcı biləyinizə vurub yayın. Hətta ətri xoşunuza gəlsə belə, onu almağa tələsməyin. Ətir dəyişə bilər və hətta allergiyaya meyillisinizsə, sizdə əks reaksiya verə bilər. Həm də almaq istədiyiniz ətir yoldaşınızın xoşuna gəlməyə də bilər.
Ətri iri flakonda almaq məsləhət deyil. Çünki bir müddətdən sonra ondan bezə bilərsiniz. Ətri işıqdan kənar yerdə saxlamaq lazımdır. Ətrə qənaət etmək məqsədəuyğun deyil, çünki istifadə olunmayan ətrin tərkibi dəyişə bilər.
Ətri parça və ya kürkə deyil, yalnız dəriyə vurmaq lazımdır. Ətir vurmaq üçün ən uyğun nahiyələr qulağın arxası, sırğalıq hissə, boğazdakı dəlik, bilək, döşarası və qolun bükülən hissələridir.
Ətirlər bürclərə görə də fərqlidir. Kimisi şirin, kimisi kəskin iyli ətirləri sevir. Bürcünüzə də nəzər salıb sizə uyğun olanını tapın. Ətrinizi tapandan sonra isə özünüzə güvənin.
Ətirlər günün saatlarına əsasən də seçilir. Amma bu qaydanı pozmaq da olar. Bu və ya digər ətirdən istifadə qadının əhvalına əsasən olmalıdır. Şənliyə getməmişdən öncə ətri boynunuzun ardına, qarın və ayaq büküşlərinə vurun.
Önəmli şam yeməyinə dəvət almısınızsa, şirin ətirlərdən istifadə edin. Bu yolla daddığınız təamların da iyini tam duymuş olacaqsınız. Başqalarından gələn gözəl ətri almağa tələsməyin. Ola bilər başqasında bəyəndiyiniz ətir sizə uyğun olmasın. Həmişə eyni ətirdən istifadə etiməyin.

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 1951
favori
like
share