Soyuq bir payız axşamı idi gedişin.
Hava qaralmış, yağış yağmağa başlamışdı.
Xülyalarımıza yağış yağırdı, külək üşüdürdü əllərimizi.
Gözlərin donuq, bədənin halsız idi. Gizli bir əl,
getməyə hazırlaşan avtobusa minməyin üçün səni sürüyər kimi idi.
Sanki, qalmaq istəyirdin
"Baharda dönərəm." demişdin...Xatırlayırsanmı?
"Heç vaxt unutma məni, gözlə."
Mən səni unutmadım sevgilim...
Mən səni unutmadım...
Bütün qış, baharda dönəcəyin günün xəyalı ilə istiləndim.
Kiçik öpüşlərlə oyandırıb,günəşin doğuşunu göstərəcəkdim sənə.
Çiçəklərin, dənizin, qumsalın,günəşin dadına birlikdə çatacaq,
Gün batımlarında dənizlə birləşən üfüq xəttini birlikdə seyr edəcək,
Ay işığında xoşbəxtlik mahnımızı söyləyəcəkdik...

Yalan deyil...Ötəri sevdalara ilişdim yoxluğunda bir müddət.
Sənə bənzəyən hər şeyi sevdim mən...
Sevdiyim hər şeydə səndən izlər vardı...
Axtardığımı tapdım sandım amma yanıldım, tapdığım sən deyildin...
Olmadıq zamanlarda ağlıma düşdün, vaxtsız yaralandım...
Hər səhər, səni tapmaq üçün yollara düşmək gəldi içimdən...amma gedə bilmədim.
Təkliyin ağrısıyla qürur satın alar oldum hər gecə.

"Gəlir" dedim öz özümə...
Söz verdi, gəlməsi gərək... Gözlədim.
Özümü param-parça hiss etdim,amma yenə də sənə əsəbləşə bilmədim.
Unutdum pis sözlərini... Unutdum qapında gözlədildiyimi...
Unutdum telefonlarıma cavab vermədiyini...
Unutdum zəhərdən acı,məni gecələrcə ağlamağa məcbur edən sözlərini...
Döyüşlərimizi unutdum...
Bir tək səni unutmadım sevimli...
Bir tək səni unuda bilmədim...
Həmişə dönməyini gözlədim...

Zamanla alışdım ağrılara,
Ölüm elanlarında özbaşına silinən ünvanlara...
Alışdım sevdiklərimin yoxluğuna...
Amma təkliyə alışa bilmədim...
Həsrətə alışa bilmədim...
Sənsizliyə alışa bilmədim...
Həmişə dönməyini gözlədim...

Olmadı,sevdam...
Bir araya gələ bilmədik...
Halbuki daha yolun başındaydıq,
Tumurcuqduq daha çatlamağa hazır,bahar gəlmədən ayrıldıq.
İndi artan təkliyim, sənin böyüyən yoxluğun var.
Divarlarda gözlərinin izi, qapı qollarında barmaq izlərin gizli...
Sən haradasan sevdiyim? Varlığın harada?
Bir mövsüm döndü..Sən dönmədin...

Xəyallarım belə dağınıq deyildi köhnədən...
Quru buludlar kimi toplanıb bir yerə...
Ağrılarım ürəyimdə bürmələnməzdi gecə yarılarında...
Həsrətlərim heç bu qədər uzaq olmamışdı gün işığına...
Həsrət bu qədər böyüməmişdi...
İndi köçəri olmuş ürəyimlə hər səhər yeni səfərlərə çıxıram...
Gün işığına çoxalmış həsrətimlə sürətlə qaçıram dar ağızlı tunellərin içindən.
Ümidin nəğmasini söyləyirəm yetim baxışlarımla...

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 465
favori
like
share