Don - ən cazibəli qadın geyimidir desək yanılmarıq. Əsrlərdən bəri qadınlar yalnız don geyinərək kişi ürəyini fəth etməyi bacarıblar. Bununla bərabər donların forması, rəng və parçası da zamanla dəyişirdi.
Artıq yeni fəsilə qədəm qoyuruq. Yəqin ki, xanımlarımız bu il dəbdə olan donlar haqda ətraflı məlumata sahib olmaq istəyirlər. Elə isə payız-qız fəslində hansı formada donların dəbdə olacağını indidən müəyyən edin.



Bu fəsildə ən məşhur rənglər qara və qəhvəyidir. Bu o demək deyildir ki, dizaynerlər yalnız bu rəngdən istifadə edirlər. Məsələ ondadır ki, bu rənglər hər kəsə yaraşır. Buna görə də yeni kolleksiyada qara və qəhvəyi rənglər üstünlük təşkil edir.
Geyimdə digər aktuallıq iki və daha artıq rəngin ahəngidir. Əlbəttə ki, monotonluq eleqant görünür, lakin başqa rəng olmadıqda o, cansıxıcı əhval yaradır. Buna görə rənglərin ahəngindən mütləq istifadə edin. Məsələn: Valentino, Oscar de la Renta və digər dizaynerlər bu fəsildə iki rəngin ahənginə üstünlük veriblər.
Məclis aludəçiləri isə gecə mərasimlərinə neon çalarlı donlar geysələr məqsəduyğundur. Yeni fəsildə onlar qara və qəhvəyi kimi sakit rəngləri tarazlaşdırır və dəbdəbəli əhval yaradır.
Donların uzunluğuna gəlincə burada 2 hədd özünü göstərir: maksi (uzun) və ultra mini. Buna görə də həm ətəkdən paltar geyinənlər, həm də ayaqlarını nümayiş etdirmək istəyən xanımlar dəbli görünəcəklər.
Donlar arasında fəslin trendi - bir çiyindən keçən qayışlı paltarlardır. Bu cür assimetrik donlar original və dəbli görünür.
Həmçinin bağları (breteli( olmayan donlar da ideal gecə paltarı kimi dəbə uyğundur. Çiyinləri açıq donlar qadınlara xüsusi yaraşıq verir. Lakin nəzərə alın ki, bu formalı paltar əyində yaxşı otursun.
Yeni fəsildə sadə biçimlər diqqəti çəkir. Qəliz formalı donlar gecə mərasimlərinə uyğundur. Gündəlik isə sadə lakin eleqant donlara üstünlük verin.
Təbii ki, qara donlar həmişəki kimi aktuallığını qoruyub saxlayır. O, müxtəlif formada ola bilər, lakin ümumilikdə bu elə bir geyimdir ki, hər bir qadının qaderobunda mütləq olmalıdır.
Qara paltarı rəngli aksesuarlarla bəzəyə bilərsiniz. Məsələn: qəhvəyi və ya qızılı kəmər, sırğa və ya boyunbağı paltarı daha da yaraşıqlı edəcək. Aksesuarların rəng seçimində sərbəstsiniz. Ən əsası rəngləri uyğunlaşdırmaq və özünüzə yaraşanı seçməkdir.

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 7333
favori
like
share