Müdriklər sevgi haqqında nə demişlər ?

Son güncelleme: 12.10.2009 21:21
  • İlk məhəbbətin bütün sehri ondan ibarətdi ki, sən hələ bilmirsən ki, ondan sonra ikincisi olacaq.
    B.Dizraeli

    noimage

    Dünyada ən böyük xoşbəxtlik, əmin olmaqdır ki, sizi sevirlər, sizin özünüzə görə sevirlər, daha dəqiq desək, sizə ragmən sevirlər.
    V.Hüqo



    Hər bir sevgi əbədi olmaq istəyir.
    E.M.Remark




    Heç sevgi ilə ağılın ümumi bir cəhəti varmı?
    İ.V.Höte
    Sevgi hər zaman dünyaya həddən artıq dar baxış deməkdir.
    F.Bekon



    Mələklər bunu ilahi zövq, şeytanlar cəhənnəm əzabı, insanlar isə sevgi adlandırdılar.
    H.Heyne



    Məhəbbət təbiət kimidir, ilk soyuqlar daha çox hiss olunur.
    P.Bruast





    Zəruri olanda- birlik, şübhəli olanda - azadlıq, hər şeydə məhəbbət var.
    A.Avqustin




    Hamımız məhəbbər üçün doğuluruq, bu varlığın prinsipi və yeganə məqsədidir.
    B.Dizraeli


    Müdriklər sevgi haqqında nə demişlər?


    Məhəbbət olan yerdə insanı sındıra biləcək əzab-əziyyət yoxdur.
    F.Dzerjinskiy.



    Bir kişinin bir qadına aşiq olması kifayət oldu ki, dünya indi olduğu kimi olsun.
    Volter


    Əgər siz sevdikləriniz uğrunda özünüzü qurban verməkdən başlarsanız, bu, özünüzü qurban verdiklərinizə nifrətlə bitər.
    V.Hüqo



    Sevgi ölümdən qoruya bilmirsədə, heç olmazsa , həyatla barışdırır.
    H.Senkeviç




    Əgər insan 40 yaşınadək aşiq olmayıbsa, o, bundan sonra daha aşiq olmasa yaxşıdır.
    B.Şou

    Sevginin dünəni yoxdur və sabahı haqqında düşünmür.
    H.Heyne



    Əgər səni heç kim sevmirsə, dünyada yaşamaq ağılsızlıqdır.
    M.Qorkiy


    Həyat o qədər məharətlə qurulmuşdur ki, nifrət etməyi bacarmadan, qəlbən sevmək olmaz.
    M.Qorkiy



    Əsl məhəbbət xəyala bənzəyir; hamı onun haqqında danışır, lakin çox az adam onu görüb.
    F.Laroşfuko



    Tale insana qarşı nə qədər qəddar olsada, insan nə qədər tərk edilmiş və tənha olsada, hər zaman, bəlkədə ona məlum olmayan, lakin qəlbinin harayına cavab vermək üçün açıq olan, onu sevən bir qəlb tapılar.
    H.Lonqfello



    Sevir, çünki sevir, sevmir, çünki sevmir - hisslərin və ehtirasların məntiqi qısadır.
    A.Hersen



    Sevmək başqasına yaxşı hesab etdiyin nemətləri arzulamaqdır, həm də özün üçündeyil, sevdiyin üçün arzulamaq və mümkün qədər onu bu nemətlə təmin etməkdir.
    Aristotel.


    Dostluqdada, sevgidədə əvvəl-axır hesablaşmaq vaxtı gəlir.
    B.Şou


    Həyat - çiçəkdir, sevgi isə - onun şirəsi.
    V.Hüqo




    Məhəbbət - ideal, nigah - real. Real və idealın qarışdırılması heç vaxt cəzasız ötüşmür.
    İ.V.Höte



    Sevgi - ali sözdür, yaradılışın harmoniyası onu tələb edir, onsuz həyat yoxdur və ola da bilməz.
    A.Hertsen



    Məhəbbət - nə keçmişi nə də gələcəyi tanımayan yeganə ehtirasdır.
    O.Balzak



    Sevgi - xeyirxah, ali, güclü, isti və işıqlı olan hər şeyin yaradıcısıdır.
    F.Dzerjinskiy

    Sevgi hər şeyə qalib gəlir, eləsə, gəlin biz də onun hökmünə tabe olaq.
    V.Publiy


    Hər zaman bir-birinizi bütün qəlbinizlə sevin. Dünyada sevgidən savayı demək olar ki, heç nə yoxdur.
    V.Hüqo


    Bütün dünyada sevgi danışmaq həsrətindədir, lakin cürət etmir, çünki utanır.
    B.Şou

    Sevgidə yeganə qələbə qaçışdır.
    N.Bonapart

    Ahıl yaşda eşq eybə çevrilir.
    O.Balzak
#12.10.2009 21:21 0 0 0