B[COLOR=LemonChiffon]əzi insanlar vardır.Elə gözəl rol oynayarlar ki,onların iç üzünü asanlıqla görmək qeyri mümkün olur.Bəzi insanlar bunu tez görsələrdə bəzilərinin həqiqəti görməsi vaxt ala bilər.Çox vaxt bu tip insanlar özlərinə qiptə edirər.Onların qeyri-adi və hər zaman diqqət mərkəzində olduqlarını düşünərlər.Gözəl rol oynamağı bacarmaq üçün bir insanın peşəsinin mütləq aktrisa olması şərt deyil.İnsan nə qədər öz iç dünyasını gizlətməyə çalışsada nə zamansa mütləq biruzə verir.Bu zamana kimi isə onlara inananlardan istifadə edirlər.Bir insanin güvənini qazanmaq əlsində gözəldir ancaq o güvəni itirmək qazanmaq qədər çətin deyil.Bəzən güvəndiyimiz,onlara inandığımız heç bir zaman bizə o sözləri deməz,o addımı atmaz deyə düşündüyümüz biri bizə elə bir hərəkət edə bilər ki,bu hadisə vastəsi ilə o insanın iç üzünü təyin etmiş olarıq.Bu hadisə bizi kədərləndirə bilər ancaq bu hadisənin müsbət tərəfi ondadır ki,artıq aldamayacaqsınız,artıq sizdən istifadə olunmayacaq.
[COLOR=LemonChiffon]
Heç bir zaman heçnə gec olmur.Hadisələrdən nəticə çıxartmaq və reallığı qəbul etmək bizə çox köməklik göstərə bilər.Bəzən reallıqla yox hadisələrə baxmaq istədiyimiz tərəfdən baxarıq məhz bunun üçündə aldanarıq.Məhz bunun üçündə bizdən istifadə edilməsinə icazə verərik.İstifadə edildiyimizi,aldanıldığımızı qəbul etmək bizə nə qədər çətin olsada bunu görməyin vaxtıdır.İnsan diqqətli olmalıdır.Əslində bir insanın düşüncələrini oxumaq o qədərdə çətin deyil.Sadəcə sınamaq və reallığı görmək sizə ən düzgün yolu göstərəcək.Heç bir zaman deməyin ki,mən yanılmaram.Heç bir zaman deməyin ki,mən aldanmaram.Heç bir zaman deməyin ki,məndən istifadə etmək qeyri-mümükündür.Elə bir anda siz bunları yaşaya bilərsiniz ki,heç xəbəriniz belə olmaz.Çalışın hadisələrə görmək istədiyiniz kimi yox gördükləriniz kimi görün.Gördükləriniz kimi addım atın dəyərləndirin.Məsləhət dinləyin ancaq sizə təsir olunmasına incazə verməyin.Qərarları özünüz təyin edin icazə verməyin ki,başqaları sizdən istifadə etsin.
Bir insanın öz xeyri üçün başqasından istifadə etməsinə,aldatmasına münasibətiniz necədir?
Belə olduğu halda günah kimdə olur?Aldadanda yoxsa aldadılanda?

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 509
favori
like
share