Sözlər əksik,Sözlər yaralı ve Sözlər cılız

Son güncelleme: 15.10.2009 09:57
  • Sözlər əskik…
    Sözlər yaralı…
    Sözlər cılız…
    Daşımır, izah etmir, təyin etmir bu duyğunu.
    Mən də...

    Çox başqa bir şey...
    Sevginin ortasında, dərin ağrılar hiss edərmi insan?
    İşıqlıq gülümsəmələrin içinə, hüznü yerləşdirərmi insan durub dururkən?
    Gözlərinə buğ, dilinə giley, ürəyinə buruqluq, bürmələnər qalarmı əsrlərcə?

    Gəlməyəcəyini bildiyi məktub üçün, məktub qutusunu həmişə eyni həyəcanla açarmı?
    Dedim ya, başqa bir şey bu…
    Nə qədər təksəm,o qədər səninləyəm bu günlərdə..

    Bəlkə də ən başda, səni qəlbimin ən dərinlərinə qoydum deyə oldu bunlar..
    Kimsələr çatmasın deyə kimsələrin bilmədiyi, tapa bilməyəcəyi yollara apardım səni..
    Ən dərinlərdə tutdum...
    Mənə saxladım..
    Dərinə, həmişə daha dərinə...
    Səni tək, bir tək özüm üçün gizlədim.
    Paylaşa bilmədim...Səhv etdim...

    Sənə çatan yolları itirdim deyə bütün bu qarışıqlıqlar...
    Özümü oradan oraya vurmağım..
    Sağımda, solumda, nə vaxt tikildiyini bilmədiyim divarlara çarpmağım...
    Heç görmədiyim çuxurlarla boğuşmağım..

    Dənizlərin, səs-küylə gəlib vurduğu dəhlizlərin divarları kimiyəm...
    Divarlarım yosunlu...
    Divarlarım sürüşkən...
    Divarlarımdan heç tükənməyən sular sızır..
    Yapışa bilmirəm...
    Rənglərim gün içində dəyişir...
    Nəfəs alıram...Soyuyuram...
    Günəş çatmır içərilərimə...Kiflənirəm...yaşlanıram..
    Təklik izləyir məni...
    Toxunduğum hər yaş divardan, murdar qoxulu bir təklik bulaşır üstümə...
    Yapış-yapış..Xoşagəlməz,bezdirən bir təklik bu...

    Bilirəm, bütün bunlar hamısı mənim günahımdı...
    Səni saxladığım yerə çata bilməz oldum...
    Yollar get-gedə uzandı və qarışdı...
    Ümidimi istilədəcək, parladacaq, tərpədəcək bir şeylərə ehtiyacım var...
    Ah,onun nə olduğunu bilirəm..

    Sonu sənə gəlir hər cümlənin..
    Bütün yollarımın sonunda sənsən…Bu dəyişmir..
    Elə qəlbimdəsən ki. ..

    Birdən ağılıma gəldi, tutdum sənə bir məktub yazdım dünən..
    Çox xoşbəxt idim....
    Gün içində nələr etdiyimi, nələrə hirslənib, nələrlə xoşbəxt olduğumu, tək tək izah etdim...
    Mövsümlərin və insanların necə qarışıq və gözlənilməz olduqlarını yazdım.
    "Yenə vaxtsız yağışlar" dedim…
    "Daha əvvəl, heç bu qədər zəif deyildi günəş şüaları" dedim…
    "Həqiqətən buradakı mahnıları heç öyrənməyəcək, bilməyəcək, söyləməyəcəksənmi?" dedim..
    Çox uzun bir məktub oldu. Başından sonuna qədər oxudum da.. Nələr yazmışım deyə marağımdan..
    Sonra siyirtməmdən bir zərf çıxarıb, adını yazdım…
    Böyük hərflərlə, yalnız adını…
    Ünvanını bilsəm göndərərdimmi???Bilmirəm...

    Məktub cibimdə...
    Cibim ürəyimə yaxın…
    Ürəyim səndə...
    Sən ürəyimə yaxın...
    Elə isə məktub səndə...

    Bax bu qədər içimdəsən ..."
#15.10.2009 09:57 0 0 0