Babək Xürrəmi - Babək Xürrəmi Haqqında - Babək Xürrəmi Tarixi - Azərbaycan Babək Xürrəmi - Azərbaycan Tarixi - Babək - Xürrəmi - Azərbaycan



Babək Xürrəmi



Babək Xürrəmi (Babək əl-Xürrəmi) (təqrribən 795, başqa məlumata görə,
798-14.3.838) - Azərbaycanda milli-azadlıq hərəkatının (816-838) simvolu,
görkəmli Azərbaycan sərkərdəsi və siyasi xadimi. Ərdəbil şəhəri (Cənubi
Azərbaycan) yaxınlığındakı Bilalabad kəndində doğulmuşdur. Bəzi tarixi mənbələrə
görə, əsl adı Həsən olmuşdur.


Xürrəmilər hərəkatına qoşulan Babək Cavidanın ölümündən sonra Azərbaycan
xalqının Ərəb işğalçılarına qarşı azadlıq müharibəsinə başçılıq etmişdir.
Tanınmış ərəb sərkərdələri Babəkə qarşı müharibələrdə ağır məğlubbiyyətlərə
düçar olmuşlar. Ərəb ordusunun 6 məşhur sərkərdəsi Babək tərəfindən məhv
edilmişdir. 830-cu ildə Babəkin qoşunlarının Həmədanı alması ilə Xilafətin şərq
torpaqlarından məhrum olma təhlükəsi yaranır. Ərəb tarixçisi Məsudinin (10-cu
əsr) məlumatına görə, bu dövrdə Babəkin başçılığı altında geniş vüsət almış
Xürrəmilər hərəkatı Abbasilər xilafəti üçün ciddi təhlükəyə çevrilir. Xəlifə
Məmun varisi Mütəsimə xürrəmilərə qarşı bütün qüvvələri səfərbərliyə almağı və
müharibəyə daha tədbirli, daha qəddar bir sərkərdə göndərməyi vəsiyyət etmişdi.
Babək ərəb ordusunun Azərbaycandan çıxarılmasına nail olmaq məqsədilə 834 -
836-cı illərdə Bizans imperatoru Fefilə xiləfətə qarşı hərbi-siyasi ittifaq
bağlamaq təklifi göndərir. Babəkin ərəblərə qarşı Bizans İmperiyası ilə əvvəllər
də hərbi-siyasi müqavilələr bağlaması məlumdur. 837-ci ildə imperator ərəblərə
qarşı qoşun göndərsə də, bu Azərbaycanda mübarizənin gedişatına əhəmiyyətli
təsir göstərmir. Xürrəmilərin getdikcə güclənməsindən qorxuya düşən Mütəsim
Bizans İmperisyası ilə sülh bağlamaq məcburiyyəti qarşısında qalır və Xilafətin
bütün hərbi qüvvələrini xürrəmilərə qarşı yönəldir. Hərəkata qarşı hərbi
əməliyyatlar aparan daha yaxşı silahlanmış xilafət ordusuna Bizans İmperiyasə
ilə müharibədəİnsan оlmaq məsuliyyət hiss еtmək dеməkdir.


A. S. Еksüpеri


Biz sоnsuz və əsrarəngiz, zəngin və mürəkkəb dünyada, ana təbiətin qоynunda
dоğulur, bоy atır, yaşayır, bu aləmi dərk еtməyə, həyatımız və gələcək
nəsillərin naminə оna təsir göstərməyə, оnu dəyişdirməyə, gözəlləşdirməyə
çalışırıq. Sоnra da yaşadığımız dünyanı təsvir еtmək üçün incəsənətin müхtəlif
sahələrindən - musiqidən, rəssamlıqdan, hеykəltaraşlıqdan, еləcə də başqa
vasitələrdən istifadə еdirik.İntiqam Cəfərоv da dünyanın gözəlliklərini,
rəngarəngliyini rəsmin rəngləri vasitəsilə duyur, anlayır və rəsmlərində əks
еtdirir.İntiqam Şahvələd оğlu Cəfərоv 1986-cı il dеkabr ayının 1-də Qubadlı
rayоnunun Aşağı Mоllu kəndində anadan оlub. Qubadlı rayоn M. Ağayarоv adına
Kavdadıq kənd оrta məktəbinin məzunudur. Dərslərini əla qiymətlərlə охuyan
İntiqam hələ 10 yaşında ikən uşaq təхəyyülü ilə baхdığı, duyduğu dünyamızı
rənglərin dili ilə ifadə еtmiş, gördüyü, gəzdiyi yеrləri tablоlara köçürmüşdür.
13-14 yaşlarında ikən təhsil aldığı məktəbin rəsm müəllimi Murad Kərimоv оnun
rəsmlərini görüb bəyənir, Uşaq və Yеniyеtmələrin Yaradıcılıq Mərkəzinə dəvət
еdir. Artıq uzun müddətdir ki, həmin mərkəzin üzvü оlan İntiqamın rəsmləri
sərgilərin, müsabiqələrin bəzəyi оlmuş, böyük maraqla və rəğbətlə
qarşılanmışdır. İntiqamın rəsmlərini ilk dəfə охuduğu məktəbin dirеktоru Tahir
Məmmədоv sərgilərə göndərmişdir. 2000-ci ildə Təhsil Nazirliyinin хətti ilə
kеçirilən məktəblilərin rеspublika rəsm müsabiqəsində fəal iştirakına görə fəхri
fərmana layiq görülür. 10 nоyabr 2001-ci ildə Uşaq və Yеniyеtmələrin Yaradıcılıq
Mərkəzində оnun ilk fərdi sərgisi kеçirilmiş və sərgidə gözəl sənət nümunələri
nümayiş еtdirdiyinə görə mərkəzin fəхri fərmanı ilə təltif оlunub. Rəsmlərinin
canr və mövzu rəngarəngliyinin maraqla qarşılanmasını 27 dеkabr 2002-ci ildə
ikinci dəfə fərdi sərgisinin kеçirilməsi sübut еdir. 2003-cü ildə mərhum
prеzidеnt Hеydər Əliyеvin 80 illik yubilеyinə həsr оlunmuş (rəsm fənnindən) I
rеspublika оlimpiadasının qalibi kimi Azərbaycan Mеmarlıq və İnşaat
Univеrsitеtinin II dərəcəli diplоmuna layiq görülür. Həmin ilin 15 mayında
Intiqam Sumqayıt şəhər DYTI-si Azərbaycanda yanğın təhlükəsizliyi хidmətinin 85
illiyinə həsr оlunmuş Sumqayıt şəhər məktəbliləri arasında kеçirilən müsabiqədə
I yеrin sahibi kimi fəхri fərmana layiq görülür. 2004-cü ilin aprеlində
Еkоlоgiya, Tərbiyə və Təcrübəçilik Mərkəzinin 3 saylı оrta məktəblə birgə
kеçirdikləri “Narkоmaniya - uçuruma aparan yоl” mövzusunda düzənlənən sərgidə
çəkdiyi rəsmlər II yеrin sahibi kimi fəхri fərmanla təltif оlunmaqla bərabər,
aprеlin 22-də Bakı şəhərində kеçirilən Ümumdünya Yеr Gününə həsr оlunmuş “Bizim
Хəzər” müsabiqəsinə göndərilir. Bu müsabiqədə fəal iştirakına görə sеrtifikatla
təltif оlunub. Həmin il mayın 17-də Sumqayıt şəhər Rəsm Qalеrеyasında Sumqayıt
məktəblilərinin rəsm sərgisində 11 rəsmi nümayiş оlunub.28 May Rеspublika Gününə
həsr оlunmuş rəsm sərgisində fərqləndiyinə görə Sumqayıt şəhər Gənclər, İdman və
Turizm baş İdarəsinin diplоmuna layiq görülür. İntiqamın iştirak еtdiyi bir çох
sərgilər Az.TV, ANS, Spacе və DTV tеlеkanallarında yayımlanmışdır. Səttar
Bəhlulzadənin mənzərə canrında çəkdiyi rəsmlər, Tahir Salahоvun pоrtrеtlərindən
ruhlanan İntiqam bu canrlarda fırçasını sınayır.


İntiqam gələcəkdə rəssam оlmaq istəyir. İnanırıq ki, Qubadlı tоrpağı tеzliklə
alınacaq və о, rəssam kimi çəkdiyi rəsmlərin mövzusunu məhz dоğma еl-оbasından
götürəcək. şöhrət qazanmış türk mənşəli sərkərdə Afşin Heydər Kavus oğlu
başçılıq edirdi.


Xürrəmilərin şiddətli müqavimətinə baxmayaraq, ərəb qoşunları 837-ci ildə Bəzz
qalasını alır. Babək kiçik bir dəstə ilə mühasirəni yararaq Arrana üz tutur. O,
Bizansa gedib imperator Feofil ilə əlaqə yaradır və ərəblərə qarşı yeni ordu
toplamaq istəyini ona çatdırır. Lakin Şəki (indiki Ermənistanın Sisiyan
rayonunun ərazisində yaşayış məntəqəsi) hakimi erməni esilli Səhl ibn Sumbatın
xəyanəti nəticəsində Babək ərəblərin əlinə keçir . 838-ci il yanvarın 4-də Babək
qardaşı Abdulla ilə birlikdə Samirə şəhərinə aparılır. Xəlifə Mütəsim Babəki
xüsusi işgəncə ilə edam etdirir. Buna baxmayaraq, Babəkin başçılığı altında
Azərbaycan xalqının ərəb istilasına qarşı apardığı azadlıq mücadiləsi Xilafəti
zəiflədir və onun parçalanmasını sürətləndirir.


İslamın yaranmasından bir neçə əsr qabaq Azərbaycan zərdüştiliyin mərkəzinə
çevrilmiş, bu dinin ən müqəddəs mə'bədləri burada salınmış, maqlar-zərdüştilərin
kahinləri burada yaşamışlar. Buna görə də IX əsrin başlanğıcında sonradan xalq
rəhbərinə və böyük bir sərkərdəyə çevrilən sadə kəndli Babəkin başçılığı ilə
qalxan üsyanın əski inamların bərpası tələbləri ilə islama qarşı şüarlar altında
başlaması heç də təəccüblü sayılmamalıdır. Bəzz qalası 838-de alınmışdır. bunun
ucun onun 2000 qoşunu olmuşdur. bəzi mənbəlrdə yanlış olaraq gostərilir ki, 837
amma bu duzgün deyil 838-dir.




Hökmdar Baybağ



Yaxud Babək Xürrəmi haqda həqiqətlər


VII əsrin əvvəllərində ərəb qəsbkarları yurdumuzu zor gücünə işğal
edərkən bir gün bu torpaqlarda 500 mindən çox itki verəcəklərini
düşünməmişdilər. İşğalçılardan əzilən xalqın qisasını alan bu şəxs
Atlantik okeandan Hindistanadək geniş bir əraziyə sahib olan Ərəb
imperatorluğunu (Xilafət anlayışı Peyğəmbərin (s) özünün təyin etdiyi canişinlər tərəfindən idarə olunacaq dövlət quruluşu anlayışını ifadə
etməkdədir. Ərəb imperiyası isə müasiri olduğu digər Qərb
imperatorluqlarından fərqlənmirdi.-D.Ə) diz çökdürən hökmdar Baybağ
olub.


Ərəblərin uydurma tarixi


Hökmdar Baybağ cılız ərəb tarixçilərinə görə, bir yağsatanın oğlu olub
və ərəb olmadığına görə, ona ancaq çobanlıq sənəti yaraşır. Təsadüfən
bu çoban Cavidan adlanan biri ilə tanış olur, onun ölümündən sonra dul
qadını ilə evlənir. Beləcə, adi hərəkat başçısı olur və ətrafına
dinsizləri, sərxoşları yığaraq İslamı məhv etmək üçün mübarizəyə
qalxır... Xürrəmilər hərəkatından bu yana bizim tarixçilərimiz də, demək olar ki,
eynilə ərəblərin uydurduqlarını (NB! Axı, heç kim düşmənini tərifləməz,
daima ona böhtan atar) təkrarlayıblar. Ancaq XX əsrin sonlarından
etibarən başlayan yeni tədqiqatlar bunun heç də belə olmadığını sübut
edir. Bu baxımdan məsələni iki aspektdən nəzərdən keçirəcəyik.


Hökmdar Baybağ


Tarixən imperiyalar müstəmləkəçilik siyasəti həyata keçirdiklərindən
onlara qarşı əsarətdə olan xalqlar bir sıra qiyamlar qaldırıblar. Bu
qiyamlar imperiyaların gücünə münasibətdə maksimum 4-5 il davam edib və
sonucda məğlub olub. Fəqət, yuxarıda da qeyd etdiyimiz kimi, 500 minə
yaxın ərəbi öldürmüş, xilafətin ən cəsur sərkərdələrini məhv etmiş
Babək adi bir qiyamçı deyil, məhz hökmdar olub. Bunun sübutu kimi bir
sıra amilləri nəzərinizə çatdırırıq:

- Bayrağın olması-həm də tarixdə azadlıq rəmzi olaraq ilk dəfə səmalara qaldırılmış Günəş rəmzi olan qırmızı bayraq;

- Dövlətə məxsus hərbi şuranın mövcudluğu-nizami qoşunun və ona rəhbərlik edən cəsur sərkərdələrin varlığı;

- Xristian dövlətləri ilə qurulan münasibətlər-Babəkin iqamətgahı ilə
Qərb sarayları sıx əlaqədə idi və Avropa feodalları, onların övladları
bu iqamətgahın fəxri qonaqları olublar;

- Hökmdarlara məxsus hərəmxananın olması;

- Rəhbərlik edəcək geniş bir ərazinin mövcudluğu;

- Vahid idealogiyanın olması və s.


Qırmızı Günəşin rəmzidir. Günəş azadlıqdır. Zərdüştilikdə-əski
odsevərlikdə Günəş müqəddəs sayılaraq Tək Tanrı olan Ahuranın simvolu
olub. Günəş əcdadlarımızın qoruyucusu kimi həmişə barəsində nəğmələr
qoşulub. Əcdadların inancına uyğun bir bayraq qaldıran Babəkin məqsədi
isə İslamı yıxmaq yox, ərəblərin işğal etdiyi torpaqlarda yenidən öz
dövlətlərini qurmaq olub. Dövlətin yaranması yolunda hökmdar Baybağ
dövrün qüdrətli imperiyaları ilə əlaqə yaradıb və onlarla adi bir
qiyamçı qismində deyil, böyük hökmdar kimi münasibət qurub. Məsələn,
onun Bizans imperatoru Feofilə göndərdiyi məktubunda deyilir ki, bütün
ərəb ordusu yalnız onunla mübarizə aparır və bu fürsətdən lazımınca
istifadə etmək lazımdır. Bundan ruhlanan Bizans qoşunu Tarsus ərazisinədək irəliləyərək, Zibatra qalasını ələ keçirir. Burada bizə
maraqlı olan cəhət, Babəkin özünün də qeyd etdiyi kimi, bütün ərəb
ordusunun onunla mübarizə aparmasıdır. Demək, bu zaman vəziyyət elə
yerə çatıb ki, Ərəb imperatorluğu əsas rəqibi olan Bizans imperiyası
ilə münasibətləri donduraraq bütövlükdə Babəkin üzərinə düşüb. Bu isə o
deməkdir ki, Babək hərəkatı artıq qiyam formasından çıxaraq müstəqil dövlət yaradılması mərhələsinə keçibmiş. Məhz bu məqsədlə xürrəmiləri
məhv etməyin yolu imperatorluq sarayının yeganə məqsədi idi. Nəhayət,
çarə tapıldı. Ölüm anında Məmun varisi Mötəsimə bunları vəsiyyət etdi:
"Yadda saxla ki, türk türkü çalar. Puluna, malına xəsislik etmə,
bacardıqca, türkə qarşı türk çıxart. Nə qədər ki, xürrəmilər var, xilafətdə rahatlıq olmayacaq". Bu da bir həqiqətdir ki, Babək üzərinə göndərilən ərəb sərkərdələri
qələbə çala bilməyərək, vəziyyəti qaçaraq xilas olmaqda görüblər. Hətta ərəb sərkərdəsi Əbu Musa "biz onlarla vuruşa bilmərik, biz ancaq
müsəlmanları qorxutmağa qadirik" deyərək, hərəkatın qarşısı alınmayacaq
bir şəklə çatdığını ifadə etmişdi.

Əlbəttə, məntiqli düşünsək, görərik ki, xürrəmilər hərəkatının
əvvəlində (Cavidan və Əbu İmranın zamanında) məqsəd feodal zülmünün
aradan qaldırılmasıydısa, artıq Baybağın zamanında bu amal müstəqil
dövlət yaratmaq olmuşdu. Beləliklə, Babəkə qarşı çıxacaq bir türk
tapıldı. Bu, Orta Asiya türklərindən Afşin Heydər ibn Kavus oldu. Məlum
olduğu kimi, sonralar Afşin Babəki məğlub etsə də, imperatorluqda ona
qarşı olan qısqanclıq (türk olduğuna görə) Babəkdən 3 il sonra onun da
öldürülməsinə səbəb oldu.


Muğanna Babək haqda nə deyir?


Görkəmli yazıçımız İsa Hüseynov (Muğanna) xürrəmilər hərəkatına,
Babəkin şəxsiyyətinə, "Babək rütbəsinə" fərqli şəkildə yanaşıb. Tarixi
streotipləri alt-üst edən Muğanna qeyd edir ki, hər kəsin
Konstantinopol-İstanbul kimi qəbul etdiyi şəhərin gerçək adı Bağbaxan
olubdur. Həzrəti İsa (Muğannaya görə, Eysar) miladdan 9 ay əvvəl burada
anadan olub, fəqət uşaq ikən yəhudilər onu qaçıraraq Qüdsə aparıblar.
Pəhləvilər həmin binaya Papaqan, ərəblər isə Babəkan deyiblər. İsanı
oğurladıqdan sonra odərlər (azərlər, Bibliyada "kidarlar") onu yenidən
yəhudilərdən alaraq Bağbaxana (İstanbula) gətirib, həmin binada
böyüdüblər. Eysar həmin binadan ayaq açaraq köhnə Bağday (Midiya)
ərazilərində xəstəliklərə tutulan xalqlara Saf Ağ İşıqla şəfa verə-verə
(və ya din dili ilə desək - ölüləri dirildə-dirildə) Yerusəlimə gedib
və məlum faciəli taleyi orada başlayıb. Dünya tarixçilərinin İsanın anadan olduğu yurdu bilməmələri nəticəsində
daima türklərin niyə Konstantinopolu almaq istəmələri cəhdlərini başa
düşməyiblər. Nəhayət, 1453-cü ildə türklər əbədiyyən bu arzularına
qovuşurlar. Ardınca Muğanna qeyd edir ki, həmin Bağbaxana sahib duran insan o tək
binanın şərəfinə özlərini Papaqan, Papaq, Babək adlandırıblar. Babək
rütbəsi daşıyan hökmdar o tək binanın ziyarətinə gedirmiş və hansı dinə
mənsub olursa-olsun, döşünə xaç taxıb, ömrünü zülmətlə döyüşə həsr edirmiş. İranda Sasanilərdən əslən odər nəslindən olanlar özlərinə
Papaqan (Ərdəşir kimi) rütbəsi götürürdülər və bütün ömürlərini Bizans
xristianları və İran atəşpərəstləri ilə mübarizəyə həsr edirdilər.
Hətta ərəb istilasından sonra da bu döyüş dayanmayıb. İndi fikir verin, yalançı tarixə görəsə, o boyda Bağbaxana sahib duran
Babək kafir üsyançı adlanıb, özü də güneydə yerləşən balaca bir Bəzz
(mənası "darboğaz" deməkdir) qalasına pərçim edilib. Halbuki, Bağbaxana
sahib duran Babək köhnə Bağday ərazilərini də bərpa edərək,
Konstantinopol da daxil olmaqla bütün ərazinin imperatoru olub. Bütün bunlar Muğannanın Babək haqqındakı fikirlərinin xülasəsi idi.


"Babək" rütbəsi


Bizə maraqlı olan cəhətlərdən biri də, Xürrəmilər hərəkatına rəhbərlik
edən şəxslərin adlarının düzgün izah edilməsidir. "Cavidan" ismindəki
"Cav" türkcə "şan-şöhrət", "İd" "göndərmək", "an" mənsubiyyət
şəkilçisidir. Ymumilikdə, sözün tam açılışı "əbədi şöhrətə layiq
görülmüş" mənasındadır. "İmran" türk şəxs adı olan "Əmran"ın ərəbləşmiş formasıdır. "Əm"
türkcədə "bacarıqlı", "ran" isə "ərən" sözünün şəkildəyişməsidir.
"Babək" sözü iki hissədən təşkil olunub. Birinci hissə "Bay", ikinci hissə isə "Bək-Bak" sözündəndir. Əslində, tarixi anlamına görə, hər
ikisi eyni mənanı ifadə etməkdədir. "Bək-Bak-Bağ" sözü ulu türkün qədim
yurdu olan Midiyada Tanrıya verilən "Bağ" sözündəndir. Hökmdar Baybağ
da əcdadlarının inanclarına uyğun olaraq bu adı özünə götürüb. Çünki
tarixən türk xaqanları qüdrətli olduqlarını göstərmək məqsədilə
içərisində "Bağ" sözü keçən ləqəblər götürüblər. Məsələn, Midiya sarı (hökmdarı) Ərbağ (yunancası Arbak), Göytürk xaqanı Bağa İşbara
(581-587), Qara Kiəli xaqanın əsl adı olan Bağatur və Cur Bağa
(587-588) xaqanların, Türkeş xaqanı Bay Bağanın adını qeyd etmək olar.
Adın əvvəlindəki "Bay" sözü də "Bağ" sözünün müxtəlif variantlarından
("Bayat" sözündəki "Bay" da bu qəbildəndir.) biridir. Sonralar "Bağ"
sözü Tanrı anlamını ifadə etməklə yanaşı, yüksək rütbə mənasını ifadə
edən "bəg-bək-bəy" formalarına düşüb. Bütün bu qeyd edilənlərdən belə nəticə çıxır ki, Baybağ həqiqətən böyük
türk hökmdarlarından biri olub və türk xalqı ona sahib çıxmalıdır.

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 5378
favori
like
share