Kim haqlıdırki?

Son güncelleme: 23.10.2009 12:51
  • Vəziyyət 1:

    Qadının evi yoxdur,kişinin evi var.

    Qadına bütün həyatı boyu sübut etmək lazım gələcək ki,kişi ona əbəs yerə sığınacaq verməyib,öz küncünü tam proqramla qazanmaq üçün çalışacaq,Allah eləməmiş-boşanma halı olarsa:təmiri sənin hesabına etdiklərini unudacaq,əzizim,mənzil evliliyə qədər alınmışdı və sənin heç bir haqqın yoxdur deyərək yola salınacaqsan.

    Vəziyyət 2:

    Qadının evi var,kişinin evi yoxdur.

    O qadının gözündə bədbəxt məxluqdur,ona görə də onun mənzilinə pul xərcləməyin və ümumi məsrəflər üçün pul yığmağın heç bir əhəmiyyəti yoxdur.Ondansa özünə vaxt ayırmalı,ayaq üstə durmağı bacarmalı,öz qeydinə qalmalı və əgər bir gün ayrılarsa mütlər getməyə "yeri" olmalıdır.

    Vəziyyət 3:

    Kişi işləyir,qadın yox.

    Bütün ev işləri qadının üzərindədir.Bəs necə?Axı o evdə olur,bütün günü dincəlir.Yığışdırmaq,təmizləmək,yumaq,dərslər,uşağın paltarları,xəstəliyi-hamısı qadının sevimli məşğuliyyətidir.Yoxsa niyə ərə getməyə tələsirdi ki?Vacib deyil kişi nə qədər qazanır,səhər,günorta,axşam 3 cür yemək hazır olmalıdır,mütləq ət xörəkləri daxil edilməlidir menyuya və ümumiyyətlə pullar bu qədər hara gedir axı?Qadın qənaətcil olmalıdır.İşdən sonra kişi mütləq dincəlməlidir.Xoşuna gəlmir azadsan!Hara gedəcəksən axı?

    Vəziyyət 4:

    Qadın işləyir,kişi yox.

    O hamı tərəfindən qəbul edilməyən dahidir.Primitivliyi sevmir,özünü axtarır hələ də tapa bilməyib,10 il nədir ki?Sən məgər onu puluna görə sevirsən?O ev işlərində kömək edə bilərdi,amma təhsil alıb filoloqdur,aşbaz deyil,həm də sən necə qəbul edərsən ki ,kişi qadın işləri etsin.Bunu görməyəcəksən!

    Vəziyyət 5:

    Kişi xəyanət edir,qadın yox.

    Xəyanət etməyən kişi yoxdur ümumiyyətlə,həm də sən özünün kişi olduğunu sübut etməlisən ya yox?Bəs həyat yoldaşın?Bütün kişilər belədirsə mən niyə seçilməliyəm ki,?Qoy sevinsin ki mən həmişə onun yanına qayıdıram,çunki sevirəm!!!

    Həm də o özü günahkardır.Bir il eyni saç düzümü,eyni paltarlar-adam yorulur,fərqlilik görmək istəyir.

    Vəziyyət 6:

    Qadın xəyanət edir,kişi yox.

    Bu harda görülüb belə!!!!!!!O bunu necə edə bilər?Özü də mənə,mənim kimi kişiyə????

    Mən xəyanət etmirəm .

    Həm də mənim əylənməyə ixtiyarım var,o axı ailənin qoruyucusu sayılır.Bunu necə edə bilər?

    Vəziyyət 7:

    Qaynana-qəddar düşmən.

    Əbəs yerə qaynanalar haqda bu qədər lətifələr yaranmayıb ki.Xalq folkloruna həmişə inanmaq lazımdır.Onsuz da o hər zaman qızının tərəfində olacaq.Gec-tez mənim axırıma çıxacaq.Hər zaman ehtiyatlı olmaq lazımdır.

    Vəziyyət 8:

    Qaynana-başa düşəndi

    Bu mənim anamdır ey!!!

    Görürsən?O düz danışmaya bilməz.O artıq məni dünyaya gətirdiyi üçün hörmətə layiqdir.Həmişə gəlir və səni öyrətmətə,ağıl verməyə çalışır?Sən də qulaq as,bəlkə də ağıllandın.O səni sevə bilməz,bu aydındır.Sən axı onun ən dəyərli olanını-oğlunu almısan əlindən.Sən bütün ömrü boyu ona sübut etməlisən ki buna layiqsən!

    Vəziyyət 9:

    Qadın uşaq istəyir,kişi yox.

    Əzizim,gəl özümüz üçün yaşayaq.Mən hələ buna hazır deyiləm.Özümün hələ 3-cü BMW-ni almamışam,hələ 2-ci villamın işləri yarımçıq qalıb.Biz axı onu kasıbçılıq içində böyüdə bilmərik.Sənin 30 yaşın olur?Həkim deyir vaxtdır?Mənim hələ 39 yaşım var və hər şey irəlidədir,çatdıraram.

    Vəziyyət 10:

    Kişi uşaq istəyir,qadın yox.

    Sənin ağlın çaşıb?Hər bir normal qadın istəyər ki,onun uşağı olsun,analıq hissinin ləzzətini duysun.

    Sən normal qadın deyilsən,ya da mütləq sənin psixi çatışmamazlığın var.Artıq 19 yaşın var,artıq tam zamanıdır.Bəlkə feministsən?Əvvəl sənət almağı, sonra başqa işləri fikirləşirsən.
#23.10.2009 12:51 0 0 0
  • Kim haqlıdırki? Konusuna Benzer Konular
  • Böyle bir şey olamaz.! Hiç alakalı konu bulamadık.
  • Plastik Gıda Ambalajı 23.10.2009 12:51