Tahirə Qürrətüleyn

Son güncelleme: 23.10.2009 16:13
  • Tahirə (pak, təmiz) Qürrətüleynin (göz bəbəyi) əsl adı bəzi mənbələrə görə Zərrintac, bəzilərinə görə Fatimə olmuşdur. Cənubi Azərbaycanın Qəzvin şəhərində doğulmuş, Mirzə Məhəmmədəli Babın başçılıq etdiyi babilər hərəkatına qoşulmuş, Cənubi Azərbaycanda bu hərəkata başçılıq etmişdir.

    noimage

    Tahirə xanım Mirzə Məhəmmədəli Babın gətirdiyi Yeni İlahi qaydalara uyğun olaraq İslam şərqində çadrasını atmış ilk Müsəlman qadını idi.

    Hərəkat yatırılarkən Tahirə Qürrətüleyni 1852-ci ildə İran şahənşahı Nəsrəddin Qacar hökumətinin təmsilçisi Mirzə Ağa Xan Nurinin əmriylə Tehranın Elxani Bağında boğub qətlə yetiriblər. Qadın azadlığının carçılarından olan Tahirə Qürrətüleynin şəxsiyyətini Mirzə Kazım bəy və Mirzə Fətəli Axundzadə kimi mütəfəkkirlər yüksək qiymətləndirmişdilər. Doğma Azəri türkcəsini mükəmməl bilsə də, şairə əsərlərini fars dilində yazmışdır.
#23.10.2009 16:13 0 0 0
  • Tahirə Qürrətüleyn Konusuna Benzer Konular
  • Böyle bir şey olamaz.! Hiç alakalı konu bulamadık.
  • Plastik Gıda Ambalajı 23.10.2009 16:13