MEHRİCAN XATIN (XIII əsrin əvvəlləri) - Sultan Toğrulun qızı, Atabəylər dövlətinin axırıncı hökmdarı Müzəfərəddin Özbəyin arvadı.



Xarəzmşah Cəlaləddin Azərbaycana soxulanda Özbək Təbrizdən Gəncəyə, oradan da Naxçıvana, Əlincə qalasına qaçmışdı.
Onun Təbrizdə qalan arvadı Mehrican xatın özünün nüfuzu hesabına Xoy, Səlmas və Urmiyəni öz idarəçiliyində saxlaya bilmişdi. Mehrican xatın 1225 ildə Təbrizli Şəmsəddinlə birlikdə Təbriz, Xoy, Naxçıvan şəhərlərinin işğalçılardan azad olunmasında böyük hünər göstərmişdir.

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 551
favori
like
share