qadin-qadinin yaradilisi -ilk qadinin yaradilisi -qadin haqqinda
[COLOR=#008040]

Quran-i Kərimin açıq ifadəsiylə ilk insan Hz.Adəmdir. Cənabı Haqq onu yaradarkən torpaq ünsürünü seçmiş, ondan yaratmış daha sonra da ruh vermişdir. İlahi hikmətdir, həm Hz.Adəmə bir can yoldaşı olması həm də insan növünün çoxalması üçün Həvva anamızı yaratmışdır.
Nisa Surəsinin 1. ayəti-i kəriməsində bu yaradılış, "O insandan eşini (eynisini, bərabərini) vücuda gətirdi (yaratdı)" məalındakı cümləylə ifadə edilir.
Məşhur təfsirlərdə bu ayət belə açıqlanır: Cənab-ı Allah, Həvva anamızı Hz.Adəmin sol qabırğa sümüyündən yaratdı. O zaman Hz.Adəmi yüngül yuxu tutdu. Bir müddət sonra oyandığında Hz.Həvvanı gördü. İlk anda şaşırdı, sonra isə çox sevindi. Qəlbi ona isindi və aralarında bir ünsiyyət və ülfət meydana gəldi.
Bu məsələ hədislərdə aydın bir şəkildə izah edilir. Bu xüsusda rəvayət edilən iki hədisin məalı belədir:
Əbu Hureyrə (r.a.) rəvayət edir. Rəsul-i Əkrəm Əfəndimiz (s.a.v.) belə buyururlar: "Qadın qabırğa sümüyündən yaradılmışdır. O, məmnun olacağın bir tərzdə dosdoğru davam edə bilməz. Əgər ondan faydalanmaq istəyirsənsə bu əyri halıyla birlikdə faydalanmalısan. Tam arzuna görə düzəltməyə çalışsan onu qırarsan. Onun qırılması da boşanmasıdır" Hz. Əbu Hureyrənin başqa bir rəvayətində də Peyğəmbər Əfəndimiz (s.a.v) belə buyururlar: "Allaha və axirət gününə iman edən, bir məsələyə şahid olduğu, gördüyü zaman ya xeyir danışsın ya da sussun. Qadınlar haqqında yaxşılıq və xeyir tövsiyyə edin. Çünki onlar qabırğa sümüyündən yaradılmışlardır. Qabırğa sümüyünün ən əyri tərəfi də üst tərəfi, uc hissəsidir. Əgər onu düzəltməyə çalışsanız onu qırarsınız. Öz halında qoysanız daima əyri qalar. Buna görə də bir-birinizə, qadınlarla yaxşı rəftar etməyi tövsiyyə edin, aranızda yayın " (1)
Hədis-i şərif, ilk qadın olması baxımından Hz.Həvvanın, dolayısı ilə bütün qadın sinfinin həm maddi baxımdan yaradılışına, həm də xasiyyət, təbiət, xarakter və hissləri baxımından yaradılışına işarət etməkdədir. Hz.Həvva ilk qadın idi. Allahu Təala onu bir hikmət əsəri olaraq Hz.Adəmin bir parçasından yaratmışdı. Daha sonrakı bütün qadın və kişilər bu iki insandan törəmiş və çoxalmışdır.
İstər Hz.Adəmin yaradılışında, istərsə daha sonra Hz.Həvva validəmizin (anamızın) yaradılışında necə bir yaradılış qanunu, hansı hikmətə binaən cərəyan edib, bunu bilmirik. Bu, Qüdrət-i İlahiyəni göstərməsi yanında, eyni zamanda insan yaradılışında atanı birinci dərəcədə, ananı isə ikinci dərəcədə göstərir. Yəni uşağın təşəkkülünə və yaranmasına səbəb olan sperma kişidən gəldiyindən, ata birinci dərəcəli rol oynamaqdadır. Elmalılı mərhumun ifadəsiylə desək “Təlkihi edən kişi və alan qadın olması etibariylə, kişi muqəddəm, qadın isə tali olmaqdadır."(2)
Amma ilk kişi və ilk insan Hz. Adəmlə, ilk qadın olan Hz.Həvvanın yaradılışı istisna hadisədir. Bir məsələni xüsusilə qeyd etmək yerinə düşərdi. Elm adamlarının ifadəsinə görə insanın hər bir hüceyrəsində, proqramlaşdırılmış halda, bütün orqanların xarakerləri mövcuddur. Hansı şey yaradılacaqsa ona aid xüsusiyyətlərin ortaya çıxmasına icazə verilir, digərləri isə basqı altında tutulur. Buna görə, Hz,Həvvanın yaradılışında qabırğa sümüyündən bir hüceyrə, təməl ola bilər. Yəni bu elmi olaraq mümkündür. Bu hüceyrə bir saç hüceyrəsi, yaxud bir ciyər hüceyrəsi də ola bilərdi. İlahi hikmət bunu belə uyğun görmüş, belə təqdir etmişdir.

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 466
favori
like
share