1.Səhərlər körpəni yatağından qaldırarkən qoltuqaltından elə tutulmalıdır ki,baş barmaqlar körpənin döş qəfəsi hissəsini,
digər barmaqlar isə bel,çiyin və ənsəni tutsun.



2.Körpəni yedirdikdən sonra,onu qucağınızda elə tutun ki,başı çiyninizdən yuxarı olsun,sol əlinizlə körpəni aşağıdan tutun,sağ əlinizlə belini tutun.
Belə halda körpənin udduğu artıq havanı çıxarması asanlaşır.Bu vəziyyətində onun belini aşağıdan yuxarıya yüngül masaj etməyi də unutmayın.



3.Adətən 6-cı ayından sonra həkimlər körpəni bu şəkildə oturtmağa icazə verirlər.Siz onu dizləriniz üzərində oturdursunuz, hər iki əlinizlə qarnından tutursunuz.



4.Körpəni sol qolunuza yatırın.Sağ əlinizlə belindən tutun.



5.Bu şəkildəki pozda körpəyə ətraf dünyanı öyrənmək daha asan olacaq.Körpənin üzünü hər kəsi görəcək şəkildə çevirin,bir əlinizlə sinəsindən,digər əlinizlə ayaqlarından tutun.



6.Körpənin başını bir dizinizə,qarnını isə digər dizinizə qoyun.Kürəyini,belini aşağıdan yuxarıya yüngül masaj edin.



7.Körpəni sol qolunuza elə qoyun ki,ayaqları aşağı sallanmış olsun,sağ əlinizi qarnının altında qoyun.

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 728
favori
like
share