Əla növ buğda unu 240 q, ərinmiş yağ 60 q, üzlü süd 80 q, yumurta 1 əd., maya 8 q, təmizlənmiş badam və ya qoz ləpəsi 200 q, şəkər 200 q, zəfəran 0,4 q, vanilin 0,2 q, bal 20 q. Xəmirin yoğurulması və için hazırlanması şəkərburada olduğu kimidir. Xəmir 0,5 mm qalınlığında yayılır. Tavanın dibinə yağ sürtülür və xəmir qatı sərilib üstünə 3-4 mm qalınlığında iç tökülür. İçliyin üstünə ikinci xəmir qatı salınır, yağ sürtülüb yenidən içlik tökülür və bu qayda 8-10 qata qədər davam etdirilir. Sonra paxlava 10x4 sm ölçüdə romb şəklində kəsilir, üst qatına zəfəran şirəsi qatılmış yumurta sarısı çəkilir. Hər paxlavanın ortasına yarım ləpə və yaxud püstə qoyulur. Paxlavanı 180-200˚ S də 35-40 dəq. bişirirlər. Hazır olmağa 15 dəqiqə qalmış üstünə şərbət və yaxud bal tökülür.

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 5578
favori
like
share