Axundzade Cavad Mehemmedeli oğlu (1892-1937) – şair, tercümeçi, 1934-cü ilden AYB-nın üzvü, professor (1933). 1892-ci il mayın 5-de Azerbaycanın Gence qezasının Şemkir dairesinin Seyfeli kendinde anadan olmuşdur. Gence ruhani seminariyasında (1906-1912), Azerbaycan ali pedaqoji institutunun tarix ve filologiya fakültesinde (1922-1927) tehsil almışdır. Quba Xalq Maarif şöbesinin müdiri (1920-1922), Gencede Azerbaycan Kend Teserrüfatı İnstitutunda Azerbaycan ve rus dilleri kafedrasında müellim, dosent, kafedra müdiri (1930-1933), Azerbaycan Dövlet Neşriyyatının tercüme şöbesinde redaktor (1934), «Azerbaycanfilm» studiyasında senedli filmler şöbəsinin müdiri (1935-1936) işlemişdir.

Şeirleri 1913-cü ilden çap edilmişdir. Yaradıcılığa lirik şerle başlayan şairin 1916-cı ilde "Qoşma" adlı ilk kitabı çapdan çıxmışdır. 1919-cu ilde ise "Dalğa" adlı kitabı neşr olunmuşdur. Onun meşhur "İstiqlal uğrunda şerler" kitabı ise 1928-ci ilde İstanbulda buraxılmışdır. esrin evvellerinde Türkiyenin düşdüyü ağır veziyyet bir türk övladı kimi ehmed Cavadı ciddi narahat etmişdir. O, Könüllü esger kimi kömeye getmiş, Türkiyenin müsteqilliyi uğrunda türk qardaşları ile çiyin-çiyine vuruşmuşdur.

Birinci dünya müharibesi zamanı, 1915-ci ilde Türkiyede rus veermeni istilasına, özbaşnalığına qarşı çıxaraq "Azerbaycan xeyriyye cemiyyeti" vasitesile vaxtaşırı türk xalqına kömek göstermişdir. Azerbaycan Cümhuriyyetinin qurulmasını sevincle qarşılayan e.Cavad gece-gündüz çalışmış, emeli işi, bedii yaradıcılığı ile xalqının xoşbextliyi, azadlığı üçün elinden geleni esirgememişdir.

«Şeirler» (1958), «Sen ağlama, men ağlaram» (1991) kitablarının, F.Rablenin «Qarqantua ve Pantaqruel (1961), V.Şekspirin «Otello», «Romeo veCülyetta» (1962), S.Rustavelinin «Peleng derisi geymiş pehlevan» (1978) tercüme kitablarının müellifi olmuşdur. Azerbaycanı müsteqil, doğma xalqını xoşbext görmek isteyen Ahmed Cavad, haqsız olaraq hebs edilmiş, dehşetli işgencelere meruz qalmış, 1937-ci il komunist terrorunun qurbanı olmuşdur.

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 8278
favori
like
share