Laylay dedim yatasan
Qızılgülə batasan
Qızılgülün içində
Şirin yuxu tapasan
Lay Lay deyim gunde Men
Kolgede men gunde men
İldə bir qurban olar,
Sənə qurban gündə mən.
Balama qurban dayçalar
Balam nə vaxt əl çalar
Laylay dedim, can dedim,
Yuxudan oyan dedim.
Sən yuxudan durunca,
Canımı qurban dedim.
Balam laylay, a laylay,
Gülüm laylay, a laylay
Laylay dedim, yatasan,
Qızılgülə batasan.
Qızılgülün içində,
Şirin yuxu tapasan.
Balam laylay, a laylay,
Gülüm laylay, a laylay
laylay balam a laylay
Evim eşiyim laylay
Sən get şirin yuxuya
Çəkim keşiyin laylay.
Lay-lay dedim gunde men
Kolgede sen gunde men
Gunde bir gurban olar
sene qurban gunde men
qızılgül butam, laylay,
ətrinə batam, laylay,
balam ərsiyə gələ,
toyunu tutam, laylay..
.......
dəryə ollam, bulannam,
sucaq ollam,sulannam.
sağ gözüm sənə qurban,
sol gözümnən dolannam.
Lay-lay beşiyim, lay-lay,
Evim-eşiyim, lay-lay.
Sen get şirin yuxuya,
Çəkim keşiyin lay-lay.
Lay-lay əməyim bala,
Duzum-çörəyim bala.
Gözləyirəm yekələsən,
Görüm köməyin bala.
Lay-lay dedim gündə mən,
Kölgədə sən, gündə mən.
İldə bir qurban olar,
Sənə qurban gündə mən.
Balam, lay-lay, a lay-lay!
Gülüm, lay-lay, a lay-lay!
Lay-lay dedim həmişə,
Karvan gedər enişə.
Yastığında gül bitsin,
Döşəyində bənövşə.
Balam, lay-lay, a lay-lay!
Gülüm, lay-lay, a lay-lay!
Lay-lay dedim yatasan,
Qızıl gülə batasan.
Qızıl gülün içində
Şirin yuxu tapasan.
Balam, lay-lay, a lay-lay!
Gülüm, lay-lay, a lay-lay!
Lay-lay dedim yatasan,
Qızıl gülə batasan
Qızıl bağın olsun,
Kölgəsində yatasan.
Lay-lay deyim boyunca
Baş yastığa qoyunca
Pardaxlan, qızıl gülüm
Bir iyləyim doyunca.
Balam, lay-lay a lay-lay,
Körpəm, lay-lay a lay-lay.
Laylası dərin bala,
Yuxusu şirin bala,
Canım zinhara gəldi,
Sən hasilə çatınca.
Balam, lay-lay a lay-lay,
Gülüm, lay-lay a lay-lay.
Balam, lay-lay a lay-lay,
Gülüm, lay-lay a lay-lay.
Lay-lay dedim yatınca,
Gözlərəm ay batınca,
Lay-lay dedim ucadan,
Günüm çıxdı bacadan,
Səni Allah saxlasın,
Çiçəkdən, qızılcadan.
Aranında gül bitsin,
Yaylağında bənövşə.
Balam, lay-lay a lay-lay,
Gülüm, lay-lay a lay-lay.
Atım-tutum mən səni,
Şəkərə qatım mən səni
Dədən evə gələndə
Qabağına atım mən səni.
Allah'dan əhdim budur
Toyunu görüm, bala.
Bizim yerlər qalın meşə,
Taxtında otur həmişə.
Lay-lay dedim yatasan,
Qızıl gülə batasan.
Qızılgül kölgəsində
Şirin yuxu tapasan.
Balama can demişəm
Ağlama, can demişəm.
Balam dil açan günə
Quzu qurban demişəm.
Lay-lay balam, ağlama,
Ürəyimi dağlama
Yat yuxun şirin olsun,
Yuxuma daş bağlama
LAYLALAR....
A lal-lay, quzum lay-lay,
Ayım-ulduzum lay-lay.
Sən hasilə çatınca,
Hər dərdə dözüm, lay-lay.
Atıban tutdum səni,
Əcəb ovutdum səni,
Ömür üzdüm, cəfa çəkdim,
Şükür böyütdüm səni.
Balam lay-lay, a lay-lay,
Gülüm lay-lay, a lay-lay.
OXŞAMA və ƏZiZLƏMƏLƏR...
Çaydakı qazlar,
Tükün tarazlar,
Nişanlı qızlar,
Bu balama qurban.
Mən çalım oyna,
Qurban boyuna,
El-oba gəlsin,
Sənin toyuna.
Bala dadı, bal dadı,
Bala adam aldadı.
Şirini şirin olur,
Acısı da bal dadı.
Obalar obanız olsun,
Bir belə balanız olsun.
Hamıya beş-beş olsun,
Qoy bizdə on beş olsun.
Dağın maralı,
Gözün qaralı,
Dünyanın malı,
Bu balama qurban.
Sirinsan ozun, balam,
Bal dadir, sozun balam
Dolansan xalca usta,
Tuk secar gozun balm.
Meyva garak tar olsun,
Ovlad gorak nar olsun.
Igida yarasiqdir
Ad qazansin, ar olsun.
Sular galar gol olar,
Saxta vurar ,gul solar!
Mard igidin balasi
Ozu kimi mard olar.
Balama qurban inəklər
Balam haçan iməklər?
Balama qurbat alçalar
Balam haçan əl çalar?
Balama qurban ilanlar
Balam haçan dil anlar?