Süleyman RüstƏm

Son güncelleme: 08.02.2010 00:37
  • Rüstəmzadə Süleyman Əliabbas oğlu - şair, dramaturq, 1934-cü ildən ildən AYB-nın üzvü, Azərbaycanın Əməkdar İncəsənət xadimi (1943), Azərbaycanın xalq şairi (1960), SSRİ dövlət Mükafatı Laureatı (1950), Azərbaycan Dövlət mükafatı laureatı (1970), Sosialist Əməyi Qəhrəmanı (1976).
    1906-cı il martın 12-də Bakıda anadan olmuşdur. ADU-nun Şərq fakültəsinə daxil olmuşdur, 1929-cu ildə ADU-nun Şərq fakültəsindən I Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülmüşdür. Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinə üzv seçilmişdir (1935). Birinci çağırış Azərbaycan Ali sovetinə deputat seçilmişdir (1938). Bundan sonra bütün çağırışlarda xalq elçisi olmuşdur.
    M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının direktoru (1937-1938), «Ədəbiyyat qəzeti»nin baş redaktoru olmuşdur. Azərbaycan Yazıçılar İttifaqının İdarə heyətinə, «Azərbaycan», «Kirpi» jurnallarının və «Sovetski pisatel» nəşriyyatının redaksiya heyətlərinə üzv seçilmişdir.
    Xidmətlərinə görə üç dəfə Lenin ordeni, iki «Qırmızı Əmək Bayrağı» ordeni, Sovet Sülhü Müdafiə Komitəsinin Fəxri fərmanı və bir sıra medallarla təltif olunmuşdur. Ömrünün axırınadək Azərbaycan SSR Ali Sovetinin sədri vəzifəsində çalışmışdır.
    «Ələmdən nəşəyə» (1927), «Ulduzlar» (1934), «Gecənin romantikası» (1938), «İki sahil» (1954), «Lirik şeirlər» (1956), «Günəşli sahillərdə» (1963), «Seçilmiş əsərləri» (4 cilddə, 1969-1972), və s. kitabların müəllifi olmuşdur.
    1989-cu il iyunun 10-da vəfat etmişdir.
    Kitabları

    * Ələmdən nəşəyə 1927
    * Addımlar 1930
    * Şairin səsi 1934
    * Ulduzlar 1934
    * Gecənin romantikası 1938
    * Ana ürəyi 1942
    * Ana və poçtalyon 1943
    * Gün o gün olsun ki... 1943
    * İki sahil 1954
    * Sülh nəğmələri 1951
    * Lirik şeirlər 1956
    * Bahar düşüncələri 1964
    * Qafurun qəlbi 1970
    * Günəşli sahillərdə 1963
    * Bir az da məhəbbətdən 1966
    * Durna (komediyalar) 1963
    * "Seçilmiş əsərləri" (4 cilddə) 1969-1972
    * Könül 1970
    * Günəşli yollarda 1972
    * Xəzərimin səhəri 1976
    * Ürəyimin gözüylə 1977
    * Mənim günəşim 1980
    * Cənub həsrəti 1982
    * Ürək döyüntüləri (şeirlər) 1984
    * Təbrizim (şeirlər və poemalar) 1986
    * Azərbaycana gəlsin (şeirlər) 1988
#08.02.2010 00:37 0 0 0