Eşqini qəlbinə bəxtim kimi
yazmış öz əlim,-
Sən gözəllər gözəlindən də
gözəlsən, gözəlim!

Üzünü görmədiyim hər günümə
gün demirəm,
Küsmə, ünvanına bu sözləri
küskün demirəm,
Sənə Leyla, özümə, yaxşı ki
Məcnun demirəm
Gəl gülüm, gəl çiçəyim, gəl ki,
mən ilhama gəlim,
Sən gözəllər gözəlindən də
gözəlsən, gözəlim!


Səndən öyrəndi bahar nəğmələrin
nəğməsini,
Yaydı dünyamıza xoş nəğmənin
hər kəlməsini
Doymaram min kərə, hər gün
mən eşitsəm səsini,
Çəkirəm car bunu bilsin Vətənim,
bilsin elim,
Sən gözəllər gözəlindən də
gözəlsən, gözəlim!

Dikirəm gözlərimi hər zaman,
hər an yoluna
De görüm, kim ötürübdür səni
hicran yoluna
Hardasan, gəl bu vüsal adlı
Süleyman yoluna,
Gəl, gəl, etsin yenə pərvaz gözəl
arzum, əməlim,
Sən gözəllər gözəlindən də
gözəlsən, gözəlim!

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 5211
favori
like
share
Mamedik.1997 Tarih: 22.11.2011 18:03
Bunu nece goturum?
Leyl-i Lal Tarih: 08.02.2010 01:39
Dilimə dəymə!


Mən sənin dilinə dəymirəm, cəllad,
Gəl səndə bu ana dilimə dəymə!
Sənində bağın var gülün var, çəkil,
Bağımda əkdiyim gülümə dəymə!

Həsədlərlə baxdın çəmənimə sən,
Gör bir nələr etdin vətənimə sən,
Yan-deyib od vurdun bədənimə sən,
Altında atəş var, külümə dəymə!

Mən ağa ağ dedim, qaraya qara,
Sən məni istədin çəkəsən dara,
Yenicə sağalır vurduğun yara,
Mənim bu yaralı könlümə dəymə!
Leyl-i Lal Tarih: 08.02.2010 01:39
Təbrizim(Süleyman Rüstəm)



Baxdığca hüsnünə doymayır gözüm
Təbrizim, Təbrizim, gözəl təbrizim!

Qoymaram yadları girsin qoynuna,
İzin ver qolumu salım boynuna!
Sənin bayramına, sənin toyuna
Dili bir, qanı bir qardaşın gəlib,
Dərdinə aşina sirdaşın gəlib.

Bülbül zar-zar ağlar çəməndən ayrı,
İnsan deyib gülməz vətəndən ayrı,
Can necə yaşasın bədəndən ayri?
Aç öz ürəyini danış, təbrizim.
Olum dərdlərinə tanış, təbrizim!

Sən çıxdın qarşıma duzla, çörəklə,
Bağından dərdiyin güllə, çiçəklə,
İkiyə bölünmüş saf bir ürəklə,
Təbrizim,təbrizim, aman təbrizim
Yox olsun başından duman Təbrizim!


Qədrini ayrılıq çəkənlər bilər,
Hicranda gözyaşı tökənlər bilər,
Ömrünə qaranlıq çökənlər bilər,
Bağından gül-çiçək dərdim Təbrizim,
Yenə təzələndi dərdim, Təbrizim!


Nə qəşəngdir yol boyunca söyüdlər,
Söyüdlərin kölgəsində igidlər,
Babalardan dinləyirlər öyüdlər,
Coşup damarlarda qanı,təbrizim,
Yoxdur bu mərdlərin sanı, təbrizim!

Ağlasan ağlaram, gülsən gülərəm,
Yaşasan yaşaram, ölsən ölərəm,
Varımı səninlə yarı bölərəm,
Gəl bir də üzündən öpüm, Təbrizim!
Başına gül-çiçək sərim təbrizim!

Nədir o, mə`nalı, dərin baxışlar?
Nədir gözlərindən yağan yağışlar?
Nədir qəlbindəki payızlar, qışlar?
Yetimtək boynunu əymə, təbrizim!
Mə`lul-mə`lul baxıb durma, təbrizim!

Sənin çiçəyinə, gülünə qurban!
Mənə qardaş deyən dilinə qurban!
Vətəninə qurban,elinə qurban!
Baxdığca hüsnünə doymayır gözüm
Təbrizim, Təbrizim, gözəl təbrizim!
Leyl-i Lal Tarih: 08.02.2010 01:38

Ayselim - ait Kullanıcı Resmi (Avatar)

Üyelik tarihi: Oct 2009
Mesajlar: 1,102
Tecrübe Puanı: 10
Ayselim is on a distinguished road

Standart
Süleyman Rüstəm yarım əsrdən çox Güney həsrəti, Güney mövzusunda bir sıra dəyərli əsərlər yaratmışdır. Həmin əsərlər şairin yaradıcılığında Güney poeziyası adlanır. Şair bu mövzuda yazdığı şerlərinin birində ayrı düşmüş qardaşlarına qovuşmaq həsrətini belə ifadə edir:
Hər kəsin bir qəlbi varsa, mənim iki qəlbim var,
Hər ikisi bir vüsalın həsrətində çırpınar,
Biri doğma Bakıdadır, biri ana Təbrizdə,
Biri gülür, o birisə batıb qana Təbrizdə.

Süleyman Rüstəmin güney şe`rlərinin çoxu qəzəl, qoşma və beşlik formasındadır. Şair “Yandı” rədifli qəzəlində vətinin ikiyə bölünməsindəm, xalqn faciəsindən ürək ağrısı ilə söz açır:
Ürəkdə min yaram vardır, yazıq millət, yazıq millət,
Sənə hər ləhzədə öz canını qurban edən yandı,
... Süleyman, qafil olma, yaxşı bax ətrafə, şairsən,
Cinayət artdı həddindən, haray sal ki, vətən yandı.

Qoşma formasında yazdığı “Dəymə” şe`rində isə Azərbaycan-türk dilinə xor baxan iran şovinistlərinə qəzəb və nifrətini bildirirdi:
Mən sənin dilinə dəymirəm, cəllad,
Gəl sən də bu ana dilimə dəymə
Sənində bağın var, gülün var, çəkil,
Bağımda əkdiyim gülümə dəymə!

Süleyman Rüstəmin “Əyilmə”, “Durnalar”, “Zindan”, “Yad gül dərə bilməz”, “Şair” şe`rləri də güney poeziyasına daxildir. Şairin Şəhriyara yazdığ mənzum məktubları da bu mövzudadır. Süleyman Rüstəm güney mövzusunda bir neçə kiçik poema da yazmışdır: “On ikinci tüfəng”, “Gülbahar”, “Me`marın faciəsi”, “Şairin ölümü”. Süleyman Rüstəm güney poeziyasında xalq mənafeyini müdafiə edən vətənpərvər bir şair kimi yadda qalır.
Süleyman Rüstəmin yaradıcılığında qəzəl janrı da xüsusi yer tutur. Onun qəzəllərində saf məhəbbət və vətənpərvərlik hissləri vəhdətdə götürülür. Bu baxımdan şairin “Məndə” və “Ayrılmaz” rədifli qəzəlləri xüsusilə diqqətə layiqdir.
“Təbrizim” şe`ri: Süleyman Rüstəmin güney poeziyasında “Təbrizim” şe`ri xüsusi yer tutur. Şair onu 1941-ci ildə Təbrizə təzəcə gələndə yazmışdır. Təbrizə müraciət şəklində yazılmış şe`r bu misralarla başlanır:
Baxdığca hüsnünə doymayır gözüm
Təbrizim, Təbrizim, gözəl təbrizim!

“Təbrizim” şe`ri heca vəznində, beşlik şe`r formasında yazılmışdır. Şe`r bəndlər şəklindədir və hər bənd beş misradan oluşur. Bəndlərdəki misralar aaabb şəklində qafiyələnir:
Qoymaram yadları girsin qoynuna,
İzin ver qolumu salım boynuna!
Sənin bayramına, sənin toyuna
Dili bir, qanı bir qardaşın gəlib,
Dərdinə aşina sirdaşın gəlib.

Şe`r sanki iki doğma qardaşın, ata-balanın uzun ayrılıqdan sonra görüşünü əks etdirir. Süleyman Rüstəm Təbrizlə görüşməsini ikiyə bölünmüş Azərbaycanın bir-birinə qovuşması kimi qələmə almışdır. Buna görə də şe`r olduqca tə`sirli və emosional səslənir və oxuduqca zərif, kövrək duyğular doğurur:
Bülbül zar-zar ağlar çəməndən ayrı,
İnsan deyib gülməz vətəndən ayrı,
Can necə yaşasın bədəndən ayri?
Aç öz ürəyini danış, təbrizim.
Olum dərdlərinə tanış, təbrizim!

“Təbrizim” şe`ri şairin öz dilindən yazılmışdır. Şe`rin lirik qəhrəmanı da şairin özüdür. Oxucu Təbrizlə görüşün sevinc və həyəcanını şairin obrazı vasitəsiylə duyur və qavrayır. Şe`rdə Təbrizin şairi necə qarşılaması da səmimi şəkildə təsvir olunur:
Sən çıxdın qarşıma duzla, çörəklə,
Bağından dərdiyin güllə, çiçəklə,
İkiyə bölünmüş saf bir ürəklə,
Təbrizim,təbrizim, aman təbrizim
Yox olsun başından duman Təbrizim!

Şe`rin əsas mövzusu Təbrizin gözəlliyinin tərifi olsa da, geniş mə`nadabu, vətənin tərənnümü kimi qavranılır. Şe`rin hər bəndi vətən mövzusu ilə sıx bağlıdır. Bəndlərdə şəhərin bu günkü mənzərəsi canlandırıldığı kimi, onun qəhrəmanlıqla dolu tarixi keçmişi də yada salınır. Şair Cüney Azərbaycan da xalqın qara taleyindən və mübarizəsindən də səmimi duyğularla söz açır. Bu mövzudan danışarkən şair xalqın taleyilə bağlı həyəcan və narahatlığı bədii sual şəklində ifadə edir:
Nədir o, mə`nalı, dərin baxışlar?
Nədir gözlərindən yağan yağışlar?
Nədir qəlbindəki payızlar, qışlar?
Yetimtək boynunu əymə, təbrizim!
Mə`lul-mə`lul baxıb durma, təbrizim!

Şe`rin son bəndi əvvəldəki misraların məzmunu ilə səsləşir. Şair yenə də doğma Təbrizlə görüşündən doğan sevinc duyğularını ifadə edir:
Sənin çiçəyinə, gülünə qurban!
Mənə qardaş deyən dilinə qurban!
Vətəninə qurban,elinə qurban!
Baxdığca hüsnünə doymayır gözüm
Təbrizim, Təbrizim, gözəl təbrizim!

Süleyman Rüstəmin “Təbrizim” şe`ri şairin güney lirikasının zirvəsi və ümumiyyətlə, butun yaradıcılğnın ən gözəl nümunələrindən biri sayılır.
Şair sağlığında çap etdirdiyi güney şe`rləri toplusunu “Təbrizim” adlandırmışdır.(1985-ci il)
Leyl-i Lal Tarih: 08.02.2010 01:38
Azərbaycana gəlsin.
Vətənimin seyrinə çağırıram elləri,
Sərvət görmək istəyən Azərbaycana gəlsin.
Bəzənib başdan-başa şəhərləri, kəndləri,
Cənnət görmək istəyən Azərbaycana gəlsin.

Qanımızda dövr edən sədaqətdir, sədaqət,
Günəşdən də parlaqdır gözümdə bu həqiqət.
Dostuna, qardaşına təmənnasız məhəbbət,
Hörmət görmək istəyən Azərbaycana gəlsin.

Gözəlliklər Vətənə gözəllərindən gəlir,
Dostluğun, qardaşlığın təməllərindən gəlir,
Könüllərin müqəddəs əməllərindən gəlir,
Qüdrət görmək istəyən Azərbaycana gəlsin.

Payızında, qışında, baharında, yazında
Dinər dostluq nəğməsi könüllərin sazında.
Sabaha addımlayan mərd oğlunda, qızında
Qeyrət görmək istəyən Azərbaycana gəlsin.

Sonsuz gözəlliyindən çətindir məncə doymaq,
Məhəbbəti, şöhrəti dolanır oymaq-oymaq,
Al bayraqlar altında alnıaçıq, üzüağ
Millət görmək istəyən Azərbaycana gəlsin