Novruz - Novruz Bayramı Haqqinda




Novruz bayramı (Yeni Gün bayramı, Ərgənəgün


Bayramı, Bahar bayramı; fars. نو روز - Nou ruz, özbək. Navruz, türkm. Nowruz, kürd. Newroz, qazax. Naurız, qırğız. Nooruz, türk. Nevruz, krımtatar. Navrez) — yazın gəlişini simvolizə edən qədim xalq bayramı.

Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı azərbaycanlılar da baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırdılar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır. Novruz həmçinin Bəhai təqvimində ilin ilk günüdür.

2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 4579
favori
like
share