Aşağı Ağcakənd - Azərbaycanın Goranboy rayonunda kənd.

Tarixi

Sovetlər dönəmində, 1938-ci ildə Goranboyun sözügedən hissəsi ayrılaraq, mərkəzi Aşağı Ağcakənd olmaqla, ətraf kəndlərlə birlikdə ayrıca rayon elan edilmişdi. Elə o illərdə Aşağı Ağcakəndin adı 26-lardan biri olan erməni Stepan Şaumyanın adına Şaumyan (kənd) adlandırılmışdı. 1991-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Şaumyan (kənd) rayonu ləğv edildi və həmin ərazi yenidən Goranboya birləşdirildi.

1992-ci ilin iyun ayında Ermənistanın işğalçı qoşunları tərəfindən işğal edilmiş kənd bütünlüklə yandırılsa da, bur müddət sonra Azərbaycan ordusu tərəfindən geri alınmışdır. Aşağı Ağcakənddə pərpa işləri indiyə qədər davam edir.

Hazırda Xocalı köçkünləri Aşağı Ağcakənddə və ona yaxın kəndlərdə məskunlaşdırılıb. Xocalı Rayon İcra Hakimiyyəti də burada yerləşir. Odur ki, ərazinin inzibati idarəçiliyi Xocalı rəsmilərinə aiddir.

Coğrafiyası və iqlimi

Aşağı Ağcakənd və Gülüstan əraziləri təbii relyefinə görə turizmin inkişafı üçün əlverişli və iqtisadi potensiala malik ərazilər kimi seçilmiş, burada turizm-istirahət mərkəzi yaradılmışdır.

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 1337
favori
like
share