Bir müddət öncə İspaniya səfəri zamanı PKK tərəfdarının ayaqqabı hücumuna məruz qalan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana yeni hücum olub.

Lent.az-ın “gencturkhaber.com”a istinadən verdiyi məlumata görə, baş nazirə bu dəfə Çanaqqalada palçıq atıblar.

Ərdoğan Çanaqqalada avtobusdan uşaqlara bayram şirniyyatı paylayıb. Bu zaman kütlədən kimsə ona palçıq atıb. Palçıq baş nazirə deyil, avtobusun qapısının üst hissəsinə dəyib.

Sonradan baş nazirə bir qadının hücum etdiyi müəyyən edilib. O, polis tərəfindən saxlanılsa da, sonradan azad edilib. Hazırda adı açıqlanmayan qadının atdığı addımın motivləri və onun hər hansı təşkilata mənsub olub-olmadığı araşdırılır.

Qaynaq:LENT.AZ

Beğeniler: 2
Favoriler: 1
İzlenmeler: 395
favori
like
share