Rövşən Lənkəranski azadlığa buraxıldı

Son güncelleme: 19.03.2010 10:56
  • noimage


    Martın 19-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə kriminal aləmdə "Rövşən Lənkəranski" ləqəbi ilə tanınan Rövşən Canıyevə hökm oxunub.

    Lent.az-ın məlumatına görə, R. Caniyev məhkəmə zalından azadlığa buraxılıb.

    Xatırladaq ki, hakim Kəramət Əliyev sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı R.Caniyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə isə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib. Onun istintaq müddətində həbsdə olduğu və kəsilən cəza müddətinin başa çatdığı nəzərə alınaraq, o, məhkəmə zalındaca azad edilib


    Fərid Əkbərov

    Qaynaq:lent.AZ
#19.03.2010 10:56 0 0 0