Vicdan susanda

Son güncelleme: 05.04.2010 15:51

  • Vicdan susanda............

    Insan yaradılanın biri də o olduğunu unudur....
    İnsan yaradılanın yalnızca o olduğunu duşunur....

    Urəyin hislərin hakimiyyət etdiyi yer olduğunu unudur....
    Urəyin doyunən bir orqan olduğunu duşunur...

    Beynin gələcəyinin qurucusunu formalaşdırmalı olduğunu unudur....
    Beynin gələcəkləri yıxmağa istifadə etməli olduğunu duşunur....


    Vicdan susanda ....


    İtirilənlərin dəyəri bilinmir....
    Kecənlərin izi gorunmur....
    Axanın goz yaşı yoxsa duzlu su olduğu fərq eləmir.....

    Zərbələrin haqlı yoxsa haqsız olduğu....
    Şubhələrin yerli yoxsa yersiz olduğu....

    Kecən hər anın itirdiklərindən bir addım daha uzaqlaşdırdığı dərk olunmur....
    Fərq etmir cunki......




    Vicdan susanda.....

    Dil susur "Sən mənə lazımsan..." deyəndə...
    Fikirlər susur "Bəs indi necə olacaq?"duşunəndə...
    Gozlər susur Dil "Sənə nifrət edirəm.." deyəndə...



    Saatlar susur "Zamansız movsum dəyişikliyi" edəndə...
    Aylar susur "Zamanını boşa xərcləyirsən" deyəndə....
    İllər susur "Sən gecikirsən artıq,insafa gəl!!!"...Susur....



    Soz tapılmır....
    Goz dumanla ortulur....
    Dil urəyin dilində danışmır...."Shift+Alt" dilə kifayət edir dəyişilməyə....


    Həyat şablonlarla,qəliblərlə məhdudlaşır....Hislər.....Ehhh hislər....
    Siz susmusunuz onsuzda vicdan susanda.......
#05.04.2010 15:51 0 0 0