Ana layla deyir öz körpəsinə,
Oturub bu axşam beşik başında.
SakitcƏ göz qırpır ulduzlar yenə,
Ay çıxıb dayanır dağlar qaşında.

Ana layla deyir öz körpəsinə,
Fikirli-fikirli harasa baxır.
Çayda dərə boyu səslənir yenə
Ana laylasıyla həmahəng axır.

Ana layla deyir öz körpəsinə,
Uyuyur göy meşə, yatır dağ təpə
Ana nəğməsindən məst olub yenə
Uyuyur təbiət, uyuyur körpə!

Düşün, o nəğmədə nə mənalar var,
O min-min arzumun qadir səsidir.
Ana ürəyindən qopan laylalar
Həyatın ən şirin təranəsidir.
Nebi Xezri

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 1949
favori
like
share