Türk xalqının çay süfrəsində və qonaq qəbulunda istifadə olunan reseptlərindən biridir.


Tərkibi:
Xəmir üçün:
8 stəkan ələnmiş un
8 çay qaşığı ərinmiş yağ(marqarin)
1 yumurta
1 ç.q. duz
2 fincan ilıq su

İç üçün:

8 çay qaşığı yumşaldılmış kərə yağı
500 qr qiymə

Üzəri üçün:
3 yumurta
4 x.q. qatıq
1/8 ç.q. soda

Hazırlanması:


Qiymə tavada qovrulur
İstəyə görə qiyməyə soğan və başqa ədviyyatlar da da vurmaq olar


Xəmir yoğurmaq üçün unun ortası açılır,su,yumurta,duz,yağ əlavə olunub yoğrulur


Yumşaq bir xəmir əldə olunanadək yoğrulmaya davam edilir və 30 dəqiqə müddətinə dinlənməyə qoyulur

Xəmir dinlənənə qədər börəyin üzəri üçün sos hazırlanır
Qatıq+yumurta+soda çırpılır


Xəmir 6 kündəyə ayrılır


Qeyd: kündələri yayarkən un yerinə nişastadan istifadə etsəniz,yuxa daha tez açılar
Hətta nişasta ilə 2 yuxanı üst-üstə yaymaq daha sərfəlidir,zaman baxımından,nişasta yuxaların yapışmasını əngəlləyir


Açılmış incə yuxalar ya mətbəx fırçası ilə,ya da sadəcə qaşıqla yağlanır

Qovrulmuş qiymə yuxanın ortasına qoyulur

Və yuxa rulet formasında bükülür

Hazırlanmış yuxa ruletlər yuvarlaq soba sinisinə şəkildə göstərildiyi kimi spiral formasında qoyulur
Börək xəmirinin üzərindən tam bərabərdə qatıqlı sos tökülür və əvvəlcədən 180 dərəcədə isidilmiş elektrikli sobada 45 dəqiqə bişirilir


Nuş olsun!

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 17584
favori
like
share