Bakılı qız


Bakılı qız, paytaxtımın gözəlisən,

Öz eşqimin, öz bəxtimin əzəlisən.

Suları yara-yara buruqlara gedəndə sən,

Oynayır qızıl günəş sənin şirin gülüşündən.

Sevirəm səni, mən bakılı qız,

Ala gözlü yar, şən bakılı qız!

Zəhmətinin bəhrəsidir, ey gözəl yar,

Xəzər üstə şəfəq salan gur işıqlar.

Sevgilim, gülür Xəzər, ömür gözəl, dövran gözəl,

Gülşənim, sal bir nəzər, hər yan qəşəng, hər yan gözəl.

Sevirəm səni, mən bakılı qız,

Ala gözlü yar, şən bakılı qız!

Ürəyini ürəyimdə yaşadıram,

Kaş səninlə qoşa gəzib, qoşa duram.

Hər səhər başın üstə qağayılar qanad çalar,

Qazdığım sıx buruqlar Xəzər boyu kölgə salır.

Sevirəm səni, mən bakılı qız,

Ala gözlü yar, şən bakılı qız!

söz: İslam Səfərli

musiqi: Andrey Babayev

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 3088
favori
like
share