Cazibedar qadın

Son güncelleme: 12.05.2010 01:05
  • noimage


    "Maksim" jurnalı bu yerdə Keti Perrini görür

    Zərif cinsin heyratamiz gözəlliyə malik nümayəndəsi adına amerikalı müğənni və bəstəkar Keti Perri layiq görülüb. Kaliforniya ştatının Santa-Barbara şəhərinin 25 yaşlı sakini hər il dünyanın 100 "ən gözəl qadın"ı siyahısını tərtib və dərc edən Beynəlxalq "Maksim" jurnalının bu ilki reytinq cədvəlinə başçılıq edir.
    Qeyd edək ki, "Maksim" jurnalı Böyük Britaniyada dərc olunsa da, ABŞ -da onun 2,5 milyon nəfər oxuyucusu var. Jurnal kişilər üçün kübar yeniliklər dərc etmək üzrə ixtisaslaşıb.
    Keti Perri 2008-ci ildə "I Kissed a Girl" adı ilk albomu ilə məşhurlaşıb. Bu kompozisiya Bilboardın hit paradına daxil olaraq, 76-cı yerdə məskunlaşmış və ordan 1-ci yerə qədər irəliləyib.
    "Maxim" jurnalının dəyərləndirilməsinə görə, müğənnidə istedadın, ağlın, yumor və zahiri görünüşün üzvi, harmonik bağlantısı var. Jurnalın baş redaktoru Co Leli resenziyasında bunları yazır: "Qəfildən anlayırsan ki, o, ən ağıllı, şən, dəbli, üstə gəl gözəl görünüşlü və əla skeytbord sürəndir".
    Qeyd edək ki, Keti Peridən başqa siyahının 2-ci pilləsində 23 yaşlı model Bruklin Dekerdir (Brooklyn Decker). 3-cü yerdə aktrisa Zoi Saldanadır. O "Avatar" filminin baş rollarından birinin ifaçısı kimi məşhurlaşıb. İlk onluqda keçmiş "çempion" Meqan Foksun və müğənni Rihannanın adları var.
    Onu da əlavə etmək yerinə düşər ki, çox illik lider və 6 uşaq anası Ancelina Coli bu il 38-ci yerlə kifaytələnib.
#12.05.2010 01:05 0 0 0