İran kinematoqrafçıları tərəfindən 8 il müddətində istehsal olunan 45 seriyalı “Həzrət Yusif” (ə) filmi peşəkar səviyyədə Azərbaycan dilinə tərcümə olunub.

APA-nın məlumatına görə, bütün dünyada geniş marağa səbəb olan çoxseriyalı filmin Azərbaycan dilində dublyajı başa çatıb. Filmi Azərbaycanın xalq artistləri İlham Əsgərov, Həmidə Ömərova, əməkdar artist Kazım Abdullayev, aktyorlar Elşən Rüstəmov, Məmməd Səfa, Şəfəq Əliyeva, Qədir Mirzə, Natəvan Qeybani, Pərviz Bağırov və digər 20-yə yaxın peşəkar aktyorlar səsləndiriblər. Film “CineSalam prodakşn”da tərcümə və dublyaj olunub və filmin bütün hüquqları bu şirkətə aiddir.


Filmin səsləndirmə prosesi 7 ay davam edib. 45 seriyası film 1 qabda 12 DVD olmaqla film həvəskarlarına təqdim olunur.


Qeyd edək ki, "Yusif peyğəmbər (ə)" serialı Türk, ərəb, ingilis, fransız, urdu, ispan, və italyan dilində də dublyaj edilərək, dünyanın bir çox telekanalında nümayiş etdirilib. Filmin rejissoru Fərəcullah Sələhşur çəkdiyi “Həzrət Məryəm” və “Əshabi Kəhf” çoxseriyalı filmləri də dünya xalqlarının rəğbətini qazanıb. Rejissor hazırda “Həzrət Musa” serialının üzərində işləyir.



Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 15386
favori
like
share
N.N. Tarih: 13.02.2011 00:15
Ellerine sağlıklar can...
Leyl-i Lal Tarih: 10.02.2011 17:47
Sadece filmin tanitimidir
mushvig Tarih: 10.02.2011 17:01
bu niye gorsedmir