Buğa Bürcü Haqqında Hər Şey

Son güncelleme: 01.06.2010 15:00
  • Buğa Bürcü

    Buğa Bürcü ( 22 aprel - 21 may)


    Qrupunuz : Torpaq

    Uğurlu gününüz : Cümə

    Uğurlu ədədiniz : 6

    Uğurlu daşınıq : Zümrüd

    Uğurlu rəngləriniz : Çəhrayı, açıq mavi, krem

    Uğurlu çiçəkləriniz : Qırmızı gül, çəhrayı qərənfil

    Uğurlu qoxunlarınız : Qərənfil, müge, alma çiçəyi

    Uğurlu musiqi : Simfoniyalar

    Ən təməl xüsusiyyətiniz : Dayanıqlılıq

    Ən böyük səhviniz : İnad

    Ən böyük arzunuz : Böyük sərvət
    [

    Buğalar diqqətlərini toplama qabiliyyətləri və məqsədə bağlıqları ilə tanınarlar. Buğa bürcünü təyin edən cümlə "SAHİBƏM" dir. Başqaları ilə uyğunlaşma təmin etməkdə çətinlik çəkməzlər. İnsanlara kömək etməkdən xoşlanarlar. Buna görə başı dərddə olan yoldaşları Buğalara güvənə bilərlər. Buğalar evlilik, yuva və peşə mövzularında güvən içində olmaq istəyərlər. Bir az cansıxıcı olmalarına qarşı çox səbirli , sevimli və isti qanlı kəslər olarlar. Asan asan risqə atılmazlar çünki özlərini qoruma iç motivi çox inkişaf etmişdir. Buğa bürcü torpaq qrupundan olduğu üçün konkret şeylərlə məşğul olmağı sevər, tətbiqli işlərdə müvəffəqiyyətli olar. Həyatın gerçəkləri ilə məşğul olmaqla ruhi istiqamətdən doyuma çatarlar. Can rahatlığı, zövq və doyum bu bürcün insanlarının təməl xüsusiyyətləridir. Bunları təmin edə biləcək şərtləri əldə etdikdən sonra heç bir dünya zövqü onları çəkməz. Pulu rahata qovuşmaq üçün bir vasitə olaraq görər, məqsədlərinə çatmaqda heç bir maneə tanımazlar. Müvəffəqiyyətə pərəstişkardırlar. Müvəffəqiyyətli insanlar onları məqsədləri mövzusunda təsir edə bilərlər. Bir az mühafizəkar olduqlarından özlərinə bir həyat forması seçdikdən sonra onları dəyişdirmələri çətindir. Hər şey yolunda gedirsə, daha yaxşı şey üçün belə dəyişiklik ,yenilik gərəyi duymazlar.

    Buğalar çox çətin tırkaya gedərlər amma hirsləndikləri zaman çətin və yırtıcı kəslər olurlar. Xüsusilə evlilik həyatında qısqanclığını dürtərək onları çox hirsləndirə bilərsiniz. Zaman zaman çox inadçı olar, özlərinə nə etmələri lazım olduğunun deyilməsindən heç xoşlanmazlar.

    Onlara yol göstərilə bilərsiniz amma güdə bilməzsiniz; Çalışqan və diqqətli olmaqlarıyla yanaşı məntiqli düşünən kəslərdir. Bir qərar verdiklərində onları yerindən oynada bilməzsiniz. Bir işə girişmədən əvvəl hər ehtimalı göz önünə alarlar, heç bir razborkanın :) içinə dalmazlar. Zamanlarını səbirlə istifadə edərlər.

    Bir az yavaş , çox xüsusi olmayan amma çox qurucu,tikib yaratmaq istəyən bir zehinləri vardır. Onlardan yeni və parlaq düşüncələr gözləməyin. Merkur Buğa bürcündədirsə isə, bir mövzu haqqında nə düşündüyünü soruşsanız düşüncəsini sizə söylədiyi anda mövzu bitmişdir artıq düşüncəsini dəyişdirə bilməzsiniz.

    Yemək yeməyi çox sevərlər. Bəzi zəif tiplər həddindən artıq yeməkdən və içməkdən cinsi canlılıqlarını itirərlər. Cinsilik, Buğalar üçün həyatın imtina edilməz zövqlərindən biridir. Sahib olma instinktlərinin qüvvətliliyi romantik həyatları içində etibarlı olduğundan, sevdikləri adamın tamamilə özlərinin olmadığını hiss etsələr kədərlənərlər.

    Buğa bürcünü idarə edən planet Venera olduğu üçün edəcəklərinin faydalı bir nəticə verib verməyəcəyi mövzusunda qərar alana qədər özlərindən bir şey verməzlər. Ancaq bağlılıq duyğularının güclü oluşundan ötəri dostlarının problemlərini dinlər, kömək etməyə çalışarlar. Romantikliklərinin yanında aydın kəslər olduqlarından özlərindən zəif kəslərlə evlənsələr bədbəxt olarlar.

    Buğalar güclü duyğularını asan izah edə bilməzlər. Kimi Buğalarda təvazökarlıqlarından qaynaqlanan alçaq könüllülük kompleksi vardır. Sevilib sayıldıqlarına çətin inanarlar.

    Yaxşı bir cütçü, işadamı, inşaatçı, memar, heykəl təraş, zərgər ya da müğənni ola bilərlər. Sürətli şəhər həyatı yerinə çöl yerlərdə yerləşməyi üstün tutar, bağça işləri ilə məşğul olmaqdan məmnun olarlar. Büro işini sevmədikləri halda məmurluğun zəmanəti və təhlükəsizliyi onlar üçün hər vaxt cazibədardır. Musiqi və əl işləri boş zamanlarının ən başda gələn məşğulyətləridir.

    Mühafizəkar instinktlərindən ötəri gənc qurşaqla arlarında bir körpü qurmaları çətindir. İntizam anlayışları çox qatıdır. Uşaqlarının onların düşüncələrini bəyənib bəyənmədiklərinə çox diqqət etməzlər. Onların təhsili üçün əllərindən gələni edərlər. Pulla alına biləcək hər şeyin ən yaxşısını satın alarlar.

    Buğa bürcünün doğan uşaqlara oyuncaq və oyunlarının yoldaşlarıyla paylaşmaları lazım olduğu öyrədilməlidir. İntizama asan uyğun gəldikləri üçün məktəbdə xoşbəxtdirlər. Qaydalara uyğun gəlməkdən xoşlanarlar. Yavaş və səylə çalışdıqlarından çətinlik çəkməməlidirlər.
#01.06.2010 15:00 0 0 0