Tərəvəz Salatı - Salatlar Reseptleri - Göbələk Salatı Resepti -Tərəvəz Salatı Mətbəxi



"Tərəvəz salatı"
Tərkibi: 200 q pomidor, 200 q xiyar,200 q şirin bibər, 200 q brınza pendiri, 1 banka qara zeytun , göyərti, yaşıl soğan, duz, limon suyu, 100 q zeytun yağı.
Hazırlanması: Tərəvəzlər və soğan halqavari şəkildə doğranır, üzərinə pendir və zeytun əlavə edilərək, alınmış salat duzlanaraq üzərinə limon suyu və zeytun yağı əlavə edilir.

"Göbələk salatı"
Tərkibi: 250-300 q təzə şampinyon göbələyi,1 xörək qaşığı kərə yağı, 2 ədəd tam bişmiş yumurta, 1-2 ədəd pomidor, 1 ədəd alma, 100 q xama, 1-2 xörək qaşığı bitki yağı, limonun yarısının şirəsi, zövqə görə duz, şüyüd, kahı.
Hazırlanması: Şampinyon göbələkləri kiçik dilimlərə bölünür, kərə yağında zəif odda azacıq qızardılır, soyudulur, almalar, pomidorlar, yumurta nazik dilimlərə bölünür, hamısı kahı ilə birlikdə bir boşqaba qoyularaq üzərinə xama, bitki yağı ilə qarışdırılmış limon suyu əlavə edilərək şüyüdlə bəzədillir.

BOLQAR BİBƏRLİ TOYUQ SALATI
4 porsiya üçün nəzərdə tutulub

Ərzaqlar

450 qram dərisiz və sümüksüz toyuğun döş əti
1/2 çay qaşığı duz (toyuğun qaynadığı suya əlavə etmək üçün)
1 ədəd qabığı soyulmuş xiyar (əgər təzə xiyarınız yoxdursa, onu turşu xiyarla əvəz edə bilərsiniz)
2 ədəd suda bişmiş və qabığı soyulmuş yerkökü
1 ədəd yaşıl Bolqar bibəri
1 ədəd qırmızı Bolqar bibəri
1 ədəd sarı və ya narıncı Bolqar bibəri
zövqə görə xırda doğranmış şüyüt
zövqə görə duz
zövqə görə istiot
4 xörək qaşığı mayonez və yaxud 2 xörək qaşığı mayonez və 2 xörək qaşığı xama (zövqə görə bu miqdarı artırmaq da olar)

1. Toyuq ətini duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda, bıcaqla uzunsov doğrayın və ya da əlinizlə didin.

2. Xiyar, yerkökü və bibərləri nazik uzunsov şəkildə doğrayın.

3. Ərzaqların hamısını bir qaba qoyub qarışdırın. Soyuducuda ən azı yarım saat saxladıqdan sonra servis edin.

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 50609
favori
like
share
MAIN-BOARD Tarih: 24.07.2016 15:06
Tebrikler!
Paylaşımınız haftanın en popüler içerikleri arasında.
Ödüllü Paylaşımlar